Məhkəmə qərarları › İş №e-2(062)-1258/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1258/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1258/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh Zeyna Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 12 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 6000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində “kredit müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən 6000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2024-cü tarixinədək hər ay 1000 manat olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh razlaşmanı imzaladıqdan sora müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. Borc müqaviləsi bağlandığı 12 oltyabr 2023-cü il tarixdən bu günə qədər Cavabdeh pulu ödəməmiş, ödəyəcəyi tarix barədə isə hər hansısa bir məlumat verməmişdir. Cavabdeh borcu bilərək ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 12 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 6000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, əslində məbləğ çox idi. Öz aralarında qalan məbləğlərlə bağlı borc müqaviləsi bağladılar. Müqaviləni bağladıqdan sonra üç-dörd dəfə 5 manat ödəniş edibdir. İcarəyə maşınlar veribdi. Cavabdeh ondan pul istədi, o da ona verdi və verən zaman cavabdeh dedi ki, bir ay öncədən xəbərdar etdiksən sonra pulunu qaytaracaq. Notoriusun depozit hesabına 6000 manat pul qoyulduqdan sonra, pul cavabdeh tərəfindən götürülərək onun özünə qaytarılmışdır. Notarisuda müqaviləni ona görə bağlamışlar ki, həqiqətən də onun borcu vardır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, kredit müqaviləsinin hər hansı hüquqi əsası yoxdur. Əslində onun iddiaçıya borcu var. Belə ki, notariusda müqavilə bağlandıqdan sonra o 6000 manat pulu iddiaçının özünə qaytarmışdır. Əslində həmin kredit müqaviləsi başqa şərtlərlə bağlanmışdır. O iddiaçıdan 5000 manat bir, 2500 manat da bir pul almışdır. Əsas borc qalmaq şərtilə o hər gün 30 manat ödəniş edirdi. 5-6 ay ərzində 900 manat ödənişlər etmişdi ki, o da götürdüyü pulun faizidir. Eyni zamanda o taksi fəaliyyət ilə məşğul olurdu. O iddiaçıya gündəlik 30 manat ödəniş edirdi. İddiaçı polisə onun barədə şikayət etdikdən soran o iddiaçıya 4000 manat pul vermişdi. O iddiaçıya və Zeynəb adlı xanıma məxsus taksiləri işlədirdi. O həmin maşınların üəzrində olan və başqa sürücülər tərəfindən yığılmış qalan cərimə borclarını da onun borcuna hesablamışdır. O gündəlik Rasimə verdiyi 25 manatdan başqa əlavə 5 manat da artıq Rasimə pul verirdi. Odur ki, iddianı rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək göstərmişdir ki, əslində 22 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında borc müqaviləsini bağladıqdan sonra cavabdehdən pulu geri alınması barədə izahatın protokoldan çıxarılması zərurəti yaranmışdır. Belə ki, həmin izahatı həyəcanlı olduğu üçün o cür vermişdir. Əslində cavabdeh ondan borc almış, həmin borc isə notarial qaydada müqavilə ilə təsdiq olunmuş, lakin cavabdeh borcu ödəməkdən yayınmışdır. Ona görə də, 22 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında borc müqaviləsini bağladıqdan sonra cavabdehdən pulu geri alınması barədə izahatın protokoldan çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin məhkəmə hazırlıq iclasında verdikləri izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlanılmış, İddiaçı oğlu Cavabdeh 6000 manat pul vermişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsnə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd edilən Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki,əslində tərəflərin nəzərdə tutduqları əqd başqa əqddir. Belə olmasa idi, borc müqaviləsinin predmeti olan pul məbləği sonradan iddiaçının özünə qaytarılmazdı. Pulun iddiaçıya qaytarılması iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, əslində tərəflər arasında avtomobilin icarəsi ilə bağlı hüquq münasibətləri yaranmış, cavabdeh iddiaçıya məxsus avtomaşını icarəyə götürmüş və bunun müqabilində o iddiaçıya müəyyən pul məbləği vermişdir. İddiaçı isə məhkəmə iclasında cavabdehlə yalnız bir hüquq münasibətinin, yəni borc müqaviləsindən irəli gələn münasibətin olmasını bildirmişdir. Ancaq müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış münasibət avtomaşının icarəsi ilə bağlı olmuşdur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). Odur ki, məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış 12 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi yalan əqd olmaqla, tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə etibarlı müqavilə kimi yanaşsaq və həmin müqavilənin şərtlərini tərəflərin həqiqi niyyətini ifadə edən müqavilə kimi qəbul etsək, o zaman onu deyə bilərik ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Belə ki, o notaiusun depozit hesabına qoyulmuş 6000 manat pulu iddiaçıya yerindəcə geri qaytarmışdır. Ona görə də məhkəmə iddiaçıya izah edir ki, onun iddianın predmeti və hüquqi əsası müəyyənləşdiriməklə(dəyişdirilməklə) onun hazırki iş üzrə cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə o da nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Buna görə də tərəflər, mübahisəli əqd etibarsız hesab edildiyi təqdirdə qarşılıqlı münasibətlər üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı məhkəməyə göndəriyi yazılı izahatla bağlı məhkəmə onu qeyd edir ki, həmin izahat həqiqəti izahatı əks etdirmir.Belə ki, iddiçı İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahat işdə olan digər subutlarla birlikdə qiymətləndirilərək qəbul edilmişdir. Odur ki, məhkəmə İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatını subut kimi qəbul edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar