Məhkəmə qərarları › İş №e-2(062)-1331/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1331/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1331/2024 03.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim X1, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə acıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bank "xxxx" ASC məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə bağlanmış 13 sentyabr 2022-ci il tarixli, FN-00211-17/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 9929.94 manat əsas borc, 523.08 manat faiz borcu, 122.81 manat dəbbə borcu olmaqla, ümumilikdə 10575.83 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər X4 və Cavabdeh1 Saki oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, iddiaçı Bank "xxxx" ilə cavabdeh X4 arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, FN-00211-17/22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 12650 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.Kreditin təminatı qismində Cavabdeh1 Sakit oğlu ilə 13 sentyabr 2022-ci il tarixli, FN-00211-17/22A sayl zaminlik müqaviləsi bağlayaraq cavabdeh X3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 9929.94 manat əsas borc, 523.08 manat faiz borcu, 122.81 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 10575.83 manat təşkil edir. Odur ki, cavabdeh X4 arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, FN-00211-17/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 9929.94 manat əsas borc, 523.08 manat faiz borcu, 122.81 manat dəbbə borcu olmaqla, ümumilikdə 10575.83 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər X4 və Cavabdeh1 Saki oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə ərizə göndərərək məlumat vermiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh2 istehlak məqsədilə 48 ay müddətinə, illik 20% ödəmək şərtilə 12650 manat kredit verilmişdir. İşə əlavə olunmuş zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşımasıbarədə öhdəlik götürmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh2 ilə iddiaçı Bank "xxxx" arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, FN-00211-17/22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 12650 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.Kreditin təminatı qismində Cavabdeh1 Sakit oğlu ilə 13 sentyabr 2022-ci il tarixli, FN-00211-17/22A sayl zaminlik müqaviləsi bağlayaraq cavabdeh X3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 9929.94 manat əsas borc, 523.08 manat faiz borcu, 122.81 manat dəbbə borcu vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9929,94 manat əsas, 523,08 manat faiz, 122,81 manat cərimə borcu olmaqla, cəmi 10575,83 manat alınaraq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 122 manat pul cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 9929,94 manat əsas, 523,08 manat faiz, 122,81 manat cərimə olmaqla cəmi 10575,83 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 122 manat və 0,40 manat bank xidmət haqqı alınaraq Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar