Məhkəmə qərarları › İş №e-2(062)-1400/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1400/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1400/2025 03.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1360 manat əsas borc, 251 manat faiz borcu və 207 manat cərimə borcu olmaqla, cəmi 1818 manat vəsaitin və 39 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus VÖEN:********** ilə fəaliyyət göstərən "Qarant Lombard" təşkilatı ilə Cavabdeh arasında 07 noyabr 2024-cü il tarixdə "Kredit (Borc)" müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh Farhad oğluna istehlak məqsədilə aylıq faiz ödənişi 47,6 (qırx yeddi manat altmış qəpik) manat olmaqla 11 ay müddətinə 1360 manat məbləğində kredit ayrılmışdır. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdi TPF/01382 saylı xəzinə məxaric orderindən görünür ki, 1360 (bir min üç yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. Həmin xəzinə məxaric orderinə Cavabdeh tərəfindən imzalanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırki vaxtadək borc məbləği ödənilməmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək borcun 07 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə əməhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Prentenziya məktubu yazıldığı tairxə, yəni xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 1360 (bir min üç yüz altmış) manat, faiz borcu 251 (iki yüz əlli bir) manat və cərimə borcu 207 (iki yüz yeddi) manat təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixə 07 noyabr 2024-cü il tarixdə "Kredit (Borc)" müqaviləsi üzrə borcu cəmi 1818 (bir min səkkiz yüz on səkkiz) manat təşkil edir. Lakin, hazırki vaxtadək borc məbləğindən heç bir ödəniş edilməmişdir. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı heç bir məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin birinci baxış iclasında bildirmişdir ki, “Qarant Lombard” kredit təşkilatında özünı mıxsus olan qızıl saatı girov qoymuş, təqdim olunan sənədləri imzaladıqdan sonra 1360 manat pulu kreditlə götürmüşdür. Bir müddət işləyib aylığı ödəmiş, lakin sonra ödənişi edə bilməmişdir. 3-4 aydan sonra ona mesaj gəlmişdir ki girovu satışa çıxarılmışdır. Qoyduğu girovun satıldığını bildikdən sonra borcunun ödəndiyini zənn edib ödəniş etməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Qarant Lombard və Cavabdeh arasında başğlanmış 07 noyabr 2024-cü il tarixli TPF/01382 nömrəli kredit (borc) müqaviləsinə əsasən müqavilənin predmeti pul vəsaiti, kreditin məbləği 1360 manat, kreditin müddəti 11 ay, kreditin aylıq faizi ödənişi 47.6 manat müəyyən edilmiş, borc öhdəliyinin təminatı kimi TPF/01382-QK nömrəli borc müqaviləsi bağlanmış, öhdəliyin icra edilmədikdə kredit verilmiş pul vəsaitinin, ona hesablanan faizlərin, dəbbə pulunun və s. xərclərin əvəzinin girov predmetinə yönəldilməsi nəzərdə tutulmuşdur. Müqavilədə tərəflər Kreditor-Girov saxlayan və borclu-girov qoyan kimi göstərilmişdir. xx.xx.2024-cü il tarixli ödəmə cədvəlinə əsasən borcalan Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 151 manat ödəniş etməyi nəzərdə tutulmuşdur. 07 noyabr 2024-cü il tarixli məxaric irderinə əsasən Cavabdeh 1360 manat vəsait ödənilmiş, vəsaitin təyinatı kimi girovlu kredit müqaviləsi göstərilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, “Qarant Lombard” təşkilatı borcalana xx.xx.2025-ci il tarixə 1360 manat əsas borc, 251 manat faiz borcu və 207 manat cərimə borcu olmaqla, cəmi 1818 manat borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, “Qarant Lombard” təşkilatı tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş mesaj mətnlərindən görünür ki, “Qarant Lombard” təşkilatı tərəfindən cavabdehə yanvar-mart aylarında girovun satışa çıxarılması barədə sms xəbərdarlıqlar göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və öhdəliyin icrası girovla təmin edilmişdir. İddia ərizəsində girov barədə heç bir hala istinad edilməsə də iddiaçı tərəfindən təqdim edilmiş sənədlər bunu təsdiq edir. Belə ki, “Qarant Lombard” təşkilatı və Cavabdeh arasında başğlanmış 07 noyabr 2024-cü il tarixli TPF/01382 nömrəli kredit (borc) müqaviləsinə əsasən öhdəliyin icra edilmədikdə kredit verilmiş pul vəsaitinin, ona hesablanan faizlərin, dəbbə pulunun və s. xərclərin əvəzinin girov predmetinə yönəldilməsi nəzərdə tutulmuşdur. Müqavilədə tərəflər Kreditor-Girov saxlayan və borclu-girov qoyan kimi göstərilmişdir. 07 noyabr 2024-cü il tarixli məxaric orderinə əsasən Cavabdeh 1360 manat vəsait ödənilmiş, vəsaitin təyinatı kimi girovlu kredit müqaviləsi göstərilmişdir. Cavabdeh də öz izahatında kredit məbləğini götürərkən özünə məxsus qızıl saatı girov qoyduğunu bildirmiş, həmin girov predmetinin satışa çıxarılması ilə bağlı sms xəbərdarlıqların surətlərini məhkəməyə təqdim etmişdir. İddia ərizəsində göstərilməyən bu hallara aydınlıq gətirilməsi üçün iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə əksini göstərən heç bir sübut təqdim etməmişdir. Belə olan təqdirdə tərəflər arasında olan mübahisənin həlli üçün kredit müqaviləsi ilə bağlı normalarla yanaşı girov hüququ ilə bağlı normalar da tətbiq olunmalıdır. Cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliyin onun cavabdeh olduğu səbəblərdən icra edilməməsi, yəni kredit məbləğinin müəyyənləşdirilmiş müddətdə qaytarılmaması özünün etirafı ilə yanaşı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə sübuta yetirilsə də nəzərə almaq lazımdır ki, öhdəlik girovla təmin olunmuşdur. Buna görə Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayan (kreditor) tələblərinin ödənilməsi üçün tutmanı girov qoyulmuş əşyaya yönəldilə bilər. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş 39 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar