Məhkəmə qərarları › İş №e-2(062)-1521/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1521/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1521/2024 14.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Tovuz şəhərində 14 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 13149,42 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin Baş ofisi ilə (bundan sonra bank) Kontur Arxitektura Layihə-Sənaye QSC arasında xx.xx.2021-ci il tarixli 338537- ******* saylı “Korporativ müştərilərin işçilərinə əmək haqı kartlarının verilməsi” müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində **********6944-543786 kart hesabı açılmışdır. xx.xx.2024-cü il tarixli RB00-13223/2024 saylı təqdim olunan arayışa əsasən Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən mobil bank proqramı vasitəsilə kredit ödənişini həyata keçirərkən eyni hesablar arasında köçürmə etmiş və hesabdan həmin məbləğlərin silinməsi dərhal olmamışdır və nəticədə kartında süni müsbət balans yaranmışdır. Köçürülmə edilmiş məbləğlər hesabdan silinmədən, yəni yaranmış həmin süni müsbət balans müştəri tərəfindən ATM vasitəsilə kartdan nağdlaşdırıldığı üçün nəticədə kart hesabında 18 328,35 AZN məbləğində overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 5408,80 AZN) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 12 919,55 AZN overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 229,87 AZN faiz borcu olmaqla cəmi 13 149,42 AZN borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-1355 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Odur ki, cavabdehdən əsas borca görə 12919,55 manat, faiz borcuna görə 229,87 manat olmaqla, cəmi 13149,42 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 130 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə onun arasında heç bir müqavilə bağlanmamışdır. Onun maaş kartı Rabitəbankdandır. Bank onun hesabına pul köçürmüşdür. O banka yanlışlıq olduğunu bildirmək üçün müraciət etsə də, bank nə pulu geri almamış, nə də başqa bir tədbir görməmişdir. Köçürülən məbləği xərcləmişdir. Sonradan hər ay onun maaşından pul çıxılmışdır. Ona görə də ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 04 aprel 2024-cü il il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 12919,55 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 229,87 manat faiz borcu olmaqla, cəmi 13149,42 manat borcu qalmışdır. İşə əlavə edilmiş bank kartından çıxarışdan görünür ki, İddiaçı ASC Cavabdeh bank kartından müəyyən məbləğ çıxmış, hazırda borc 12438,71 manat təşkil edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin Baş ofisi ilə Kontur Arxitektura Layihə-Sənaye QSC arasında xx.xx.2021-ci il tarixli 338537- ******* saylı “Korporativ müştərilərin işçilərinə əmək haqı kartlarının verilməsi” müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində **********6944-543786 kart hesabı açılmışdır. xx.xx.2024-cü il tarixli RB00-13223/2024 saylı təqdim olunan arayışa əsasən Cavabdeh kart hesabına pul köçürülmüş, pul Cavabdeh tərəfindən ATM vasitəsilə kartdan nağdlaşdırıldığı üçün nəticədə kart hesabında 18 328,35 AZN məbləğində overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 5408,80 AZN) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 12 919,55 AZN overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 229,87 AZN faiz borcu olmaqla cəmi 13 149,42 AZN borcu vardır. 04 aprel 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin overdraft borcunun məbləği əsas borca görə 12919,55 manat, faiz borcuna görə 229,87 manat olmaqla, cəmi 13149,42 manat təşkil edir. Lakin məhkəmədə müəyyən edildi ki, Cavabdeh borcu 12438,71 manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunan faiz borcu barədə hesab edir ki, tələb olunan 229,87 manat faiz borcu barədə heç bir müqavilə şərti olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh əsas məbləği 12438,71 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun 127,31 manat pul cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12438,71 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 127,31 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar