Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1545/2025 10.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Tovuz şəhərində 10 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq kredit borcu üzrə cəmi 3515,48 manat borcun və 68,97 manat dövlət rüsumunun və 0,40 manat məhkəmə xərcinin cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin Tovuz filialı ilə X5 arasında BPM**********49 saylı 29 mart 2021-ci il tarixli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 48 ay müddətinə illik 18 faiz olmaqla, 4900 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti verilmişdir. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Amma borclu müqavilənin şərtlərini pozaraq borcun əsas məbləğinin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və iddiaçı təşkilata olan borcunu ödəməmişdir. Cavabdeh X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. X7 Xidmət mərkəzi Notariat Ofisinin 22 noyabr 2024-cü il tarixli 5660 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmışdır. Hazırda cavabdehlərin iddiaçı təşkilata borcu üzrə 3515,48 manat borcu qalmışdır. Ona görə də X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 3417,14 manat məbləğində əsas borcun, 32,35 manat faiz borcu olmaqla, cəmi 3449,49 manat və kart kredit limiti üzrə 65,99 manat əsas borc və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 68,97 manat dövlət rüsumunun və 0,40 manat məhkəmə xərcinin alınaraq "xxxx" ASC -nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, mərhum xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum kredit götürmüşdür. Lakin kredit borcunu ödəməyə onun imkanı yoxdur. Göstərilən məbləğ çoxdur. Odur ki, ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 29 mart 2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Tovuz filialı tərəfindən X4 48 ay müddətinə illik 18 faiz olmaqla, 4900 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti verilmişdir. İşə əlavə olunmuş notariat işindən görünür ki, X7 Xidmət Mərkəzinin Notariat Ofisinə mərhum X2 müraciəti və təqdim olunmuş sənədlər əsasında V-571 (2023) nömrəli vərəsəlik işi açılmışdır. İşə əlavə olunmuş ölüm şəhadətnamənin surətindən görünür ki, X5 25 sentyabr 2022-ci ildə travmatik şok nəticəsində ölmüşdür. İşə əlavə olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh2 mərhum X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnamə almaq üçün müraciət etmişdir. İşə əlavə olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh1 mərhum X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnamə almaq üçün müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" ASC Tovuz filialı ilə X5 arasında bağlanmış BPM**********49 saylı 29 mart 2021-ci il tarixli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 48 ay müddətinə illik 18 faiz olmaqla, 4900 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti verilmişdir. Cavabdeh X5 25 sentyabr 2022-ci ildə vəfat etmişdir. X7 Xidmət mərkəzi Notariat Ofisinin 22 noyabr 2024-cü il tarixli 5660 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmişlər. Hazırda mərhumun iddiaçı təşkilata borcu üzrə 3515,48 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 3417,14 manat məbləğində əsas borcun, 32,35 manat faiz borcu olmaqla, cəmi 3449,49 manat və kart kredit limiti üzrə 65,99 manat əsas borc alınıb iddiaçı təşkilata verilməlidir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 68,97 manat pul cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Həmçinin 0,40 manat xidmət haqqı ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 3417,14 manat məbləğində əsas borc, 32,35 manat faiz borcu olmaqla, cəmi 3449,49 manat və kart kredit limiti üzrə 65,99 manat əsas borc və dövlət rüsumu hesabına ödənilmiş 68,97 manat və xidmət haqqı 0,40 manat alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-1545/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1545/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver