Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1549/2025 17.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Bank) Tovuz filialı ilə Məhərrəmov Vaqif Hüseyn oğlu (borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən Məhərrəmov Vaqif Hüseyn oğluna illik 24 % faiz dərəcəsiylə 36 ay müddətinə 300 manat kart kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********84 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 21 faiz olmaqla 6000 manat məbləğində nəğd kredit verilmişdir. Məhərrəmov Vaqif Hüseyn oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir və Tovuz Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 3496 saylı məktubuna əsasən, Cavabdeh vərəsə kimi müəyyən olunmuşdur. Bankın Qazax filialı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Məhərrəmov Vaqif Hüseyn oğlunun xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 74.20 manat əsas borc, xx.xx.2022-ci il tarixli BPM**********84 nömrəli kredit müqaviləsi üzrə 2519.96 manat əsas, 0.01 manat faiz borc olmaqla, ümumilikdə 2519.97 manat məbləğində borcu qalmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 74.20 manat əsas borc və xx.xx.2022-ci il tarixli BPM**********84 nömrəli kredit müqaviləsi üzrə nəğd kredit üzrə 2519.96 manat əsas, 0.01 manat faiz borc olmaqla, ümumilikdə 2519.97 manat borcun və 46.41 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən yaranmış pul öhdəliyi miras kütləsini qəbul etmiş vərəsəsi tərəfindən icra edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum Məhərrəmov Vaqif Hüseyn oğlunın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 74.20 manat əsas borc və xx.xx.2022-ci il tarixli BPM**********84 nömrəli kredit müqaviləsi üzrə nəğd kredit üzrə 2519.96 manat əsas, 0.01 manat faiz borc olmaqla, ümumilikdə 2519.97 manat borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi və 46.41 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 74.20 manat əsas borc və xx.xx.2022-ci il tarixli BPM**********84 nömrəli kredit müqaviləsi üzrə nəğd kredit üzrə 2519.96 manat əsas, 0.01 manat faiz borc olmaqla, ümumilikdə 2519 (iki min beş yüz on doqquz) manat 97 (doxsan yeddi) qəpik borc və 46 (qırx altı) manat 41 (qırx bir) qəpik ödənilmiş dövlət rüsumu, 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1549/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1549/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver