Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1563/2025 08.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 700 manat əsas, 35 manat faiz, 101,5 manat komissiya və 423,5 manat cərimə olmaqla, ümumilikdə 1260 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC -nin nümayəndəsi məhkəməyə ərizə göndərərək göstərdi ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə göndərdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT MMC -nin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1563/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1563/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver