Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1596/2025 23.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı MMC QBKT-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC QBKT (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0852 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş asas kredit borcunun bu Müqavilə imzalanan tarixə 846.88 manat; həmçinin eyni tarixli, **********0862 saylı güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 535.56 manat qalıq məbləği illik 196 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0852 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.73 manat, dörd il müddətində isə hər ay 18.01 manat olmaqla və **********0862 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.46 manat, dörd il müddətində isə hər ay 11.39 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh **********0852 saylı kredit müqaviləsi üzrə borcun məbləği 846.88 AZN əsas, faiz borcu üzrə 22.75 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 869.63 AZN təşkil edir. Həmçinin, **********0862 saylı kredit müqaviləsi üzrə borcun məbləği 535.56 AZN əsas, faiz borcu üzrə 13.15 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 548.71 AZN təşkil edir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh **********0852 saylı kredit müqaviləsi üzrə 846.88 manat əsas, 22.75 manat faiz, 0 manat cərimə, cəmi 869.63 manat borcun; **********0862 saylı kredit müqaviləsi üzrə 535.56 manat əsas, 13.15 manat faiz, 0 manat cərimə, cəmi 548.71 manat və 34.19 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, Bank ilə borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, Bank krediti borcalana versə də, borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, beləliklə Bank qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş əsas və faiz borcu yaranmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib edəcək hər hansı dəlil təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 34.19 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəm Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh **********0852 saylı kredit müqaviləsi üzrə 846.88 manat əsas, 22.75 manat faiz, cəmi 869.63 manat borc; **********0862 saylı kredit müqaviləsi üzrə 535.56 manat əsas, 13.15 manat faiz, cəmi 548.71 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 1418 (bir min dörd yüz on səkkiz) manat 34 (otuz dörd) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 19 (on doqquz) qəpik pul tutularaq İddiaçı MMC QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1596/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1596/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver