Məhkəmə qərarları › İş №e-2(062)-1598/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1598/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1598/2025 08.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8900 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 109.50 manat dövlət rüsumu, ümumilikdə 9009.50 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “GMC Acadia” markalı, **-NR-*** dövlət nömrə nişanlı avtomobil MİB240254 nömrəli şəhadətnamə ilə xx.xx.2024-cü il tarixində “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “GMC Acadia” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş Qərarla “Hyundai Sonata” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Elçin oğlunun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində “GMC Acadia” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13.900 manat məbləğində maddi zərər dəymişdir. MİP240254 saylı sığorta şəhadətnaməsinə və AKS240231 saylı, xx.xx.2024-cü il tarixli Sığorta ödənişi aktığar əsasən "xxxx" ASC tərəfindən cəmi 13.900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İcbari sığortası növü üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə ödəniş 5000 manata qədər ola bilər. Cavabdehin hadisə zamanı idarə etdiyi “Hyundai Sonata” markalı, **-YC- *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə sığorta ödənişi məbləğinin 5000 manatı "xxxx" ASC tərəfindən ödənmişdir. Sığorta ödənişi məbləğinin qalan hissəsini Cavabdeh tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərib edilmiş, MİB240254 nömrəli sığorta aktından görünür ki, sığortalanmış “GMC Acadia” markalı, **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən dəymiş ziyanın ümumi məbləği 13.900 manat təşkil edir; İş materiallarında olan MİP240254 saylı sığorta şəhadətnaməsinə və AKS240231 saylı, xx.xx.2024-cü il tarixli Sığorta ödənişi aktığar əsasən "xxxx" ASC tərəfindən cəmi 13.900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş Qərarla “Hyundai Sonata” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Elçin oğlunun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh “Hyundai Sonata” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə “GMC Acadia” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində “GMC Acadia” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13.900 manat maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən tərəfindən avtomobilə dəymiş ziyana görə 8900 manat ödənilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia irəli sürərək ödəmiş olduğu 8900 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2024-cü il tarixdə “GMC Acadia” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə Mülki Məcəllənin 936, 1099 və 1108-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tam təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 8900 (səkkiz min doqquz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109 (yüz doqquz) manat 50 (əlli) qəpik pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar