Məhkəmə qərarları › İş №e-2(062)-1624/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1624/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1624/2024 27.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək, bankın xeyrinə 999,59 manat əsas, 185,23 manat faiz, 0 manat cərimə borcu olmaqla cəmi 1184,82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 32,25 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə göndərərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsini, ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1 və 152.1.9-cu məddələrinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə göndərərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci və 284-3.5-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar