Məhkəmə qərarları › İş №e-2(062)-1687/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1687/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1687/2024 11.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Bank «VTB (Azərbaycan)» Acıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bank «VTB (Azərbaycan)» ASC ərizə ilə məhkəməyə müraciət edərək, “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 371385-CNS- 45923 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 9598,11 manat məbləğində əsas borc, 603,89 manat məbləğində faiz borcu, 396,70 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10598,70 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,80 manat dövlət rüsumunu Cavabdeh tutularaq Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank «VTB (Azərbaycan)» ASC tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 16 faiz hesablanması şərti ilə 48 ay müddətinə 10400 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.22.2-ci bəndinə əsasən kredit alanın “cari hesabından “kart hesabına köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2023-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 10598,70 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alanın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, Həmin şərtlərin 11.1 -ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. Ona görə də, “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 371385-CNS-45923 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 9598,11 manat məbləğində əsas borc, 603,89 manat məbləğində faiz borcu, 396,70 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10598,70 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,80 manat dövlət rüsumunu Cavabdeh tutularaq Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank «VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli krediti müqaviləsidən görünür ki, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış Bank Xidmətlərin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16 % olmaqla, 48 ay müddətinə 10400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 06 aprel 2024-cü il tarixədək Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nə 9598,11 manat məbləğində əsas borc, 603,89 manat məbləğində faiz borcu, 396,70 manat cərimə, ümumilikdə isə 10598,70 manat borcu yaranmışdır. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.- 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, Cavabdeh əsas borc kimi 9598,11 manat, faiz borcu kimi 603,89 manat, 396,70 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10598,70 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,80 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borc kimi 9598,11 manat, faiz borcu olaraq 603,89 manat, 396,70 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10598,70 manat məbləğində pul Cavabdeh tutularaq Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,80 manat məbləğində pul Cavabdeh tutularaq Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar