Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1832/2024 17.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, «Grand Lombard» təşkilatı (bundan sonra-iddiaçı və ya borcverən) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borcverən istehlak məqsədləri üçün aylıq faiz ödənişi 373.08 manat olmaqla, 24 ay müddətinə 9327 manat kredit vermişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9327 manat əsas, 2289 manat faiz, 2910 manat cərimə borcu olmaqla, cəmi 14526 manat məbləğində borcun və ödənilmiş 134 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli TM/0776 saylı xəzinə məxaric orderinə əsasən 9327 manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. Həmin xəzinə məxaric orderi Cavabdeh Əvəz qızı tərəfindən imzalanmışdır. Dəfələrlərlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırki vaxtadək borc məbləği ödənilməmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək borcun 05 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Prentenziya məktubu xx.xx.2024-cü il tarixə cavabdehin əsas borcu 9327 manat, faiz borcu 2289 manat və cərimə borcu 2910 manat təşkil edir. Cavabdehin xx.xx.2024-cü il tarixə 25 sentyabr 2023-cü il tarixdə “Kredit (Borc)” müqaviləsi üzrə borcu cəmi 14526 manat təşkil edir. Lakin, o, hazırki vaxtadək borc məbləğindən heç bir ödəniş edilməmişdir. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı borcalana kredit versə də, cavabdeh həmin krediti geri ödəməmişdir. Beləliklə, borcalanın iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçı müqavilədə istinad edərək gecikdirilmiş ödənişlərə görə müqavilə üzrə 2910 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2023-cü il tarixli müqavilə üzrə 290 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 9327 manat əsas, 2289 manat faiz, 290 manat cərimə borcu olmaqla, cəmi 11906 manat borc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 134 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 9327 manat əsas, 2289 manat faiz, 290 manat cərimə borcu olmaqla, cəmi 11906 (on bir min doqquz yüz altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 134 (yüz otuz dörd) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1832/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1832/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver