Məhkəmə qərarları › İş №e-2(062)-1852/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1852/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1852/2023 21.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 21 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsinə dair iddia qaldıraraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı satqı müqaviləsinə əsasən, İddiaçı QSC-nin mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 225,8 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının alıcı Cavabdeh 19600 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh ilkin olaraq 4600 manat məbləği satıcı İddiaçı QSC-yə notarisunun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 15000 manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 3 ayda bir dəfə 1250 manat olmaqla notarisun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı yalnız 10850 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozmuş, hələ də pozmaqda davam edir. Bundan başqa, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı satqı müqaviləsinə əsasən, İddiaçı QSC-nin mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 144,3 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının alıcı Cavabdeh 41900 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh ilkin olaraq 10400 manat məbləği satıcı İddiaçı QSC-yə notarisunun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 31500 manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 3 ayda bir dəfə 2625 manat olmaqla notarisun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı yalnız 23525 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 225,8 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 144,3 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması və mülkiyyətçi İddiaçı QSCyə təhvil verilməsinə, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 225,8 kv metr qeyri-yaşayış binasını nisyə almışdır. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 144,3 kv metr qeyri-yaşayış binasını nisyə almışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı satqı müqaviləsinə əsasən, İddiaçı QSC-nin mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 225,8 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının alıcı Cavabdeh 19600 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh ilkin olaraq 4600 manat məbləği satıcı İddiaçı QSC-yə notarisunun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 15000 manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 3 ayda bir dəfə 1250 manat olmaqla notarisun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı yalnız 10850 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozmuş, hələ də pozmaqda davam edir. Bundan başqa, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı satqı müqaviləsinə əsasən, İddiaçı QSC-nin mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 144,3 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının alıcı Cavabdeh 41900 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh ilkin olaraq 10400 manat məbləği satıcı İddiaçı QSC-yə notarisunun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 31500 manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 3 ayda bir dəfə 2625 manat olmaqla notarisun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı yalnız 23525 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 225,8 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməli və Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 144,3 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılmalı, qeyri-yaşayış sahəsinin boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 225,8 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməli və Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 144,3 kv metr ümumi sahədən ibarət qeyriyaşayış binasından çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilsin, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 225,8 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılsın, qeyri-yaşayış sahəsi boşaldılsın və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 144,3 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılsın, qeyri-yaşayış sahəsi boşaldılsın və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar