Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1909/2025 10.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Tovuz şəhərində 10 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcu üzrə 5628,38 manat borcun və 78,06 manat dövlət rüsumunun və 0,80 manat bank xidməti haqqının cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında CL-EE003112920 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 5100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh təşkilat tərəfindən verilən krediti 48 ay ərzində 25,9 faizlə ödəməli idi. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Amma borclu müqavilənin şərtlərini pozaraq borcun əsas məbləğinin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və iddiaçı təşkilata olan borcunu ödəməmişdir. Hazırda cavabdehin iddiaçı təşkilata 5628,38 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 4778,45 manat məbləğində əsas borc, 849,93 manat faiz borcu olmaqla, cəmi 5628,38 manat borcun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 78,06 manat dövlət rüsumunun və 0,80 manat bank xərcinin alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, kredit götürmüşdür. Qismən ödnişlər etmişdir. Sonradan imkanı olmadığından ödənişləri gecikdirmişdir. Hazırda işləyir və hissə-hissə ödəyəcəkdir. Odur ki, ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 18 mart 2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay ərzində 25,9 faizlə ödənilməli olan 5100 manat kredit verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında CL- EE003112920 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 5100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh təşkilat tərəfindən verilən krediti 48 ay ərzində 25,9 faizlə ödəməli idi. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Hazırda cavabdehin iddiaçı təşkilata borcu üzrə 5628,38 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 4778,45 manat məbləğində əsas borc, 849,93 manat faiz borcu olmaqla, cəmi 5628,38 manat borc alınıb iddiaçı təşkilata verilməlidir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 78,06 manat pul cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Həmçinin 0,80 manat xidmət haqqı ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4778,45 manat məbləğində əsas borc, 849,93 manat faiz borcu olmaqla, cəmi 5628,38 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 78,06 manat və xidmət haqqı 0,80 manat alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-1909/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1909/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver