Məhkəmə qərarları › İş №e-2(062)-1934/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1934/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1934/2024 09.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin məbləğinin 250 manat miqdarında arıtılması və uşağın indiyə qədərki müddətdə yaranmış tibbi-zəruri xərcləri üçün 5000 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın predmetinin dəyişdirilməsinə dair ərizə verərək alimentin sabit pul formasında tutulmasına və uşağın indiyə qədərki müddətdə yaranmış tibbi-zəruri xərcləri üçün 5000 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları pozulmuş, uşağı üçün tutulan aliment kifayət etmir.Uşağın saxlanması da, tibbi və təhsil xərclərini ödəməkdə də çətinlik çəkdiyinə görə hesab edir ki, aliment məbləği artırılaraq 250 manat olmalıdır, əlavə pul da tutulmalıdır. Eyni zamanda uşaqda atası tərəfindən yaradılmış psixoloji şiddət nəticəsində travma yaranmış və psixoloji dəstək almaq zərurəti meydana gəlmişdir. İndiyədək ata kimi heç vaxt övladını görməyən,onun tibbi və təhsil xərclərinə kömək etməyən Cavabdeh uşağın bu günə qədərki və bundan sonraki bütün zəruri xərclərinin bir hissəsi kimi 5.000( beş min) AZN məbləğində pulun tutulması zərurəti yaranmışır. İşə əlavə edilmiş X1 məktubundan müəyyən edilir ki, X5 xx.xx.2024, xx.xx.2024, xx.xx.2024,xx.xx.2024, xx.xx.2024, xx.xx.2024,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024 və xx.xx.2024-cü illərdə psixoloji seans keçmişdir.Təyin olunan 20 psixoloji seansın 10 seansı keçirilmiş, digər 10 psixoloji seans üçün 250 Azn , aparatla müayinə üçün isə 50AZN ödəniş hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddiaya etiraz bildirərək göstərmişdir ki, iddiaçı ilə nikahları pozulduqdan sonra ikinci dəfə ailə qurmuşdur. Həmin nikahdan 20 noyabr 2017-ci ildə Kənan və 21 fevral 2019-cu ildə Nilay adlı uşaqları doğulmuşdur.Odur ki, iddianın rəıdd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri, iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından bir uşaq doğulmuş və alimentin cavabdehin qazancına münasibətdə tutulması həyata keçirilir. İddiaçı hesab edir ki, alimentin tutulması forması dəyişdirilərək sabit pul formasında müəyyən edilməlidir. Məhkəmə uşağın anasının himayəsində olmasını, onun təlim və tərbiyəsi ilə təkcə ananın məşğul olmasını, uşağın saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, hər ay X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin yanında digər nikahdan olan uşaqları olduğundan,alimentin 250 manat müəyyən edilməsi həmin uşaqların da maraqlarına toxunur və onların mənafeyinə ziddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə alimentin 250 manat məbləğində təyin edilməsinin qeyri-mümkünlyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bundan başqa da iddiaçının cavabdehin daha çox gəlirləri barədə sübut təqdim edə bilməməsi onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. Məhkəmə çəkilmiş xərclərlə bağlı iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı iddiasında çəkilməsi zəruri olan xərclərlə bağlı dəlillər irəli sürsə də o bu xərcin iddia ərizəsində göstərildiyi qaydada 5.000 manat olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə sorgusu əsasında əldə edilmiş X1 məktubundan müəyyən edilir ki, X5 xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü illərdə psixoloji seans keçmişdir.Təyin olunan 20 psixoloji seansın 10 seansı keçirilmiş, digər 10 psixoloji seans üçün 250 Azn , aparatla müayinə üçün isə 50AZN ödəniş hesablanmışdır. Beləliklə uşağın bu mərkəzdə müayinəsinə çəkilmiş xərc cəmi, 550 manat təşkil edir.Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilən Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, X3 X2 müalicəsi ilə bağlı atası Cavabdeh əlavə xərclərə cəlb edilməli, X2 müalicə ilə bağlı çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan 550 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.İddia xərclərlə bağlı qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Alimentin tutulma forması dəyişdirilərək sabit pul məbləğində müəyyən edilsin. X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh X2 müalicə ilə bağlı çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan xərclərlə bağlı əlavə xərclərə cəlb edilməklə 550 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar