Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1941/2024 21.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, göründüyü kimi iddia ərizəsi İddiaçı ASC-nin həm özü, həm də nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ləğv prosesində olduğundan o iddia ərizəsini imzalamaq səlahiyyətinə malik deyildir. Banklar haqqında Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Göründüyü kimi İddiaçı ASC ləğv prosesində olmaqla Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğv edicisi təyin edilmişdir. Buna baxmayaraq iddia ərizəsi həmin fondun özü tərəfindən imzalanmamışdır. İddia ərizəsi eyni zamanda özünü Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi kimi təqdim edən nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, o səlahiyyətlərini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun Nümayəndəya verdiyi etibarnamədən və iş yerinə dair arayışdan görünür ki, Nümayəndə həmin fondun deyil, İddiaçı ASC-nin işçisidir.Yəni, iddiaçının nümayəndəsi əsas iş yerinin həmin hüquqi şəxs olmasına dair sənəd də əlavə etməmişdir. Belə ki, MPM-nin 69.2-ci maddəsinə əsasdən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Tovuz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1941/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1941/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver