Məhkəmə qərarları › İş №e-2(062)-1999/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1999/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1999/2024 23.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə X1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “borc” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçının tələbi: İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmışxx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixinədək illik 25% ödəmək şərtilə kredit ayırır. Kreditin ilkin limiti 4300 manat məbləğində təyin edilmişdir. Tərəflər arasında bağlanmış kreditmüqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24 may 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 4298,61 AZN əsas,733,82 AZN faiz, 227,24 AZN cərimə, 1 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5260,67 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu iləhəll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin elektron poçtu vasitəsilə məhkəməyə məktub göndərmiş, xarici ölkədə olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etməklə, maddi vəziyyətinə görə krediti ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə olunmuş: - "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmışxx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixinədək illik 25% ödəmək şərtilə kredit ayırır. Kreditin ilkin limiti 4300 manat məbləğində təyin edilmişdir. - Maliyyə arayışından görünür ki, 24 may 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 4298,61 AZN əsas,733,82 AZN faiz, 227,24 AZN cərimə, 1 AZN komissyon haqqı borcu olmaqla, cəmi 5260,67 AZN borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.4-cü maddəinin 1-ci cümləsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən X1 ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə cərimə məbləğinin 22 manatadək azaldılmasını tərəflərin maraqlarına uyğun hesab edir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, "xxxx" KB ASC-yə 4298,61 AZN əsas,733,82 AZN faiz, 22 AZN cərimə, 1 AZN komissyon haqqı olmaqla, cəmi 5055,43 AZN pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş məbləğin 70 manat 55 qəpiyi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4298,61 AZN əsas,733,82 AZN faiz, 22 AZN cərimə, 1 AZN komissyon haqqı olmaqla, cəmi 5055,43 AZN və 70 manat 55 qəpik dövlət rüsumu Cavabdeh tutularaq X1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar