Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2073/2025 28.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 16146.45 manat əsas, 1131.21 manat faiz və 230.58 manat cərimə borcu olmaqla, ümumlikdə 17508.24 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 142.53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasında aylıq faiz dərəcəsi 1,667 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. Tərəflər imzaladıqları xx.xx.2024-cü il tarixli 009A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2024-ci il tarixdən kredit borcu və faiz borcundan vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 8853.25 manat ödəniş etmiş və onun iddiaçıya 16146.45 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirdi ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 102 gün üçün hesablanmış faiz borcu 1131.21 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndində uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 %-i məbləğində cərimə ödənilməlidir. xx.xx.2025-ci il tarixə 102 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 230.58 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndində əsasən kredit tam müavafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Ona görə də Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 16146.45 manat əsas, 1131.21 manat faiz və 230.58 manat cərimə borcu olmaqla, ümumlikdə 17508.24 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 142.53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,667 faiz olmaqla 48 ay müddətinə, 25000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16146.45 manat əsas, 1131.21 manat faiz və 230.58 manat cərimə borcu olmaqla, ümumlikdə 17508.24 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdehə banka olan borcunu ödəmək üçün xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsi əsasında, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə uyğun olaraq, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən Cavabdeh iddiaçı təşkilata 16146.45 manat əsas, 1131.21 manat faiz və 230.58 manat cərimə borcu olmaqla, ümumlikdə 17508.24 manat borcu qalmışdır. Həm bu səbəbdən və həm də yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, bank Cavabdeh borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki prosesual qanunvericiliyin tələblərinə görə qətnamənin nəticə hissəsində alınmalı olan ümumi məbləğ göstərilməlidir, gələcəkdə müdiləcək məbləğ göstərilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlərdən tələb etdiyi 100 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesablandığından həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirmədiyindən iddia qismən təmin olunmalı, Cavabdeh 16146.45 manat əsas, 1131.21 manat faiz və 100 manat cərimə borcu olmaqla, ümumlikdə 17377.66 manat və ödənilmiş 142.13 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 16146.45 (on altı min yüz qırx altı manat qırx beş qəpik) manat əsas, 1131.21 (min yüz otuz bir manat iyirmi bir qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu, cəmi 17377.66 (on yeddi min üç yüz yetmiş yeddi manat altmış altı qəpik) manat borc və ödənilmiş 142.13 (yüz qırx iki manat on üç qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2073/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2073/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver