Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2252/2025 13.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) müraciət edərək, cavabdehdən 1075 manat icarə haqqı borcu, 818,5 manat ödənilməmiş inzibati cərimələr, 1437 manat avtomobilə dəymiş ziyan, 500 manat yeni Qeydiyyat şəhadətnaməsinin alınması və avakuator üçün xərc olmaqla, cəmi 3830,5 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsini, ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 1075 manat icarə haqqı borcu, 818,5 manat ödənilməmiş inzibati cərimələr, 1437 manat avtomobilə dəymiş ziyan, 500 manat yeni Qeydiyyat şəhadətnaməsinin alınması və avakuator üçün xərc olmaqla, cəmi 3830,5 manat pulun tutulmasını xahiş etsə də bu barədə yetərli sübutlar ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd edilən Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Ona görə də məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinin icraatından imtina edilməli, ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci və 284- 1-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddia ərizəsinin sdadələşdirilmiş icraat qaydasında icraata qəbulundan imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməl Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2252/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2252/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver