Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2257/2023 11.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 210-İST/22-B saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka 4010,06 manat əsas, 479,53 manat faiz, 966,41 manat cərimə borcu olmaqla, cəmi 5456 manat məbləğində borcun və ödənilmiş 74,56 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 210-İST/22-B saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 19,7% olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli İK 210-İST/22-B saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 4010,06 manat əsas, 479,53 manat faiz, 966,41 manat cərimə borcu olmaqla cəmi 5456 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Ona görə də İddiaçı ASC-nin Tovuz filialı ilə X2 arasında bağlanmış xx.xx.2018ci il tarixli İK № 454-S/AZN-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka 4010,06 manat əsas, 479,53 manat faiz, 966,41 manat cərimə borcu olmaqla cəmi 5456 manat məbləğində borcun və ödənilmiş 74,56 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 210-İST/22-B saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə kreditdən istifadəyə görə illik faiz dərəcəsi 19,7 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. İddiaçı ilə digər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs borc alanın öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 4010,06 manat əsas, 479,53 manat faiz, 966,41 manat cərimə borcu olmaqla cəmi 5456 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 741, 470 və 472-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin 966,41 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 69 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,59 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 4010,06 manat əsas, 479,53 manat faiz, 69 manat cərimə borcu olmaqla, cəmi 4558,59 manat (dörd min beş yüz əlli səkkiz manat əlli doqquz qəpik) məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC -nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,59 (altmış beş manat əlli doqquz qəpik) manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2257/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2257/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver