Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2314/2024 04.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 04 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli BRCB7984163A140 saylı kredit müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində limit ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2022-ci il tarixli GTKR8281626A140 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 10280 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də , bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə düşən öhdəlikləri yerinə yeirməmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli , pulun kredit alana verilməsini təadiq edən sənəd , kredit alanın şəxsiyyətini təsiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqiətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edlməsi barədə danişiqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də cavabdehdən xx/xx/2022-ci il tarixli BRCB7984163A140 saylı kredit müqaviləsinə əsasən 100.74 manat əsas,19.68 manat faiz, cəmi 120.42 manat, 22/112022-ci il tarixli GTKR8281626A140 saylı kredit müqaviləsinə əsasən 8106.97 əsas,889.97 manat faiz, cəmi 8996.94 manat, ümumiliksə 9117.36 manat borcun və 111.17 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşə əlavə İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli BRCB7984163A140 saylı kredit müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində limit ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2022-ci il tarixli GTKR8281626A140 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 10280 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş bildirişdən görünür ki, iddiaçı təşkilat xx/xx/2022-ci il tarixli BRCB7984163A140 saylı kredit müqaviləsinə əsasən 100.74 manat əsas,19.68 manat faiz, cəmi 120.42 manat , 22/112022-ci il tarixli GTKR8281626A140 saylı kredit müqaviləsinə əsasən 8106.97 əsas,889.97 manat faiz, cəmi 8996.94 manat, ümumiliksə 9117.36 manat borcun olması barədə cavabdehi xəbərdarlıq etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli BRCB7984163A140 saylı kredit müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində limit ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2022-ci il tarixli GTKR8281626A140 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 10280 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə düşən öhdəlikləri yerinə yeirməmişdir. Nəticədə cavabdehin xx/xx/2022-ci il tarixli BRCB7984163A140 saylı kredit müqaviləsinə əsasən 100.74 manat əsas,19.68 manat faiz, cəmi 120.42 manat , 22/112022-ci il tarixli GTKR8281626A140 saylı kredit müqaviləsinə əsasən 8106.97 əsas,889.97 manat faiz, cəmi 8996.94 manat, ümumiliksə 9117.36 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh əsas məbləği 6009,25 manat, faiz borcuna görə 429,24 manat, cərimə borcuna görə 5,85 manat olmaqla, cəmi 6444,34 manat alınaraq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının ödədiyi dövlət rüsumunun 72.57 manatı cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx/xx/2022-ci il tarixli BRCB7984163A140 saylı kredit müqaviləsinə əsasən 100.74 manat əsas,19.68 manat faiz, cəmi 120.42 manat, 22/112022-ci il tarixli GTKR8281626A140 saylı kredit müqaviləsinə əsasən 8106.97 əsas, 889.97 manat faiz, cəmi 8996.94 manat, ümumiliksə 9117.36 manat borc və 111.17 manat dövlət rüsumu alınaraq İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2314/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2314/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver