Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2353/2025 14.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 14 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 ilə təşkilat arasında bağlanmış 01 may 2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və 01 may 2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə, illik 23% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Bununla yanaşı, 01 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 və Cavabdeh3 arasında 01 may 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Amma borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdirlər. 01 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin borcunun məbləği əsas borca görə 5240,82 manat, faiz borcuna görə 765,33 manat, cərimə borcuna görə 612,05 manat olmaqla, cəmi 6618,2 manat məbləğində təşkil edir. Odur ki, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca görə 5240,82 manat, faiz borcuna görə 765,33 manat, cərimə borcuna görə 612,05 manat olmaqla, cəmi 6618,2 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 86,59 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İşə əlavə edilmiş zərfdə göstərilən qeyddən görünür ki, Cavabdeh2 iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 01 may 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh2 istehlak məqsədilə 24 ay müddətinə, illik 23% ödəmək şərtilə 15000 manat kredit verilmişdir. İşə əlavə olunmuş 01 may 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə təşkilat arasında zaminlik müqaviləsi bağlanmışdır və bununla da Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 öhdəliklərinin təminatçısı kimi çıxış edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh2 ilə "xxxx" KB ASC arasında bağlanmış 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədilə 24 ay müddətinə, illik 23% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Bununla yanaşı, 01 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2nın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 və Cavabdeh3, arasında 01 may 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Amma borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdirlər. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişlər. 18 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin 01 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 5240,82 manat, faiz borcuna görə 765,33 manat, cərimə borcuna görə 612,05 manat olmaqla, cəmi 6618,2 manat təşkil edir. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 612,05 manat cərimə azaldılaraq 30,6 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əsas məbləği 5240,82 manat, faiz borcuna görə 765,33 manat, cərimə borcuna görə 30,6 manat olmaqla, cəmi 6036,75 manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının ödədiyi dövlət rüsumunun 80,37 manatı cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas məbləği 5240,82 manat, faiz borcuna görə 765,33 manat, cərimə borcuna görə 30,6 manat olmaqla, cəmi 6036,75 manat borc və 80,37 manat dövlət rüsumu alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-2353/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2353/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver