Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2371/2024 13.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2193,81 manat məbləğində pulun və 41,8 manat məbləğində dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 "xxxx" ASC ilə 20 dekabr 2021-ci il tarixli BPM**********92 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, 30 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 4000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən borcalan kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. X2 xx.xx.2023-cü ildə vəfat etmişdir. Tovuz rayon Notariat Ofisinin 18 dekabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, mərhumun vərəsəsi kimi Cavabdeh tanınmışdır. Ona görə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə Cavabdeh bu günədək borcunu geri qaytarmamışdır. Bu günki günə borclunun kreditor qarşısında 2193,81 manat məbləğində icra edilməmiş öhdəliyi vardır. Bu barədə dəfələrlə şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 2179,99 manat əsas, 13,82 manat faiz olmaqla, cəmi 2193,81 manat məbləğində vəsaitin və 41,8 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının tələbinə dair cavabdehə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçının tələbinə dair məhkəməyə etiraz verməmişlər. İşə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, mərhum X2 "xxxx" ASC ilə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, 30 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 4000 manat nağd kredit verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01 yanvar 2023-cü ildə vəfat etmişdir. Tovuz rayon Notariat Ofisinin 18 dekabr 2023-cü il tarixli, 5458 saylı məktubundan müəyyən olunur ki, mərhum X1 vərəsəsi kimi Cavabdeh tanınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş borc müqaviləsinin surətindən, həmin müqaviləyə əlavədən və maliyyə arayışından görünür ki, mərhum X1 vərəsəsi Cavabdeh müqaviləyə əsasən borclarından tam ödənişlər etməmiş, nəticədə cəmi 2193,81 manat borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi, mərhum X1 vərəsəsi Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir, ona görə də müqavilə üzrə 2193,81 manat kredit borcu yaranmışdır. Ödəniş tapşırığından görünür ki, ərizənin məhkəməyə təqdim edilməsi üçün 41,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 20 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2193,81 manat borc və ödənilmiş 41,8 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı mərhum X1 vərəsəsi Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2193,81 manat borc və ödənilmiş 41,8 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı mərhum X1 vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-2371/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2371/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver