Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2472/2023 23.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 23 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Tovuz filialı ilə cavabdeh X3 arasında 27 dekabr 2019-cu il tarixli İK 124/RES/12.19 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, cavabdehə illik faiz dərəcəsi 1%, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 2398,46 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, 27 dekabr 2019-cu il tarixli İK 124/RES/12.19 saylı kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 və Cavabdeh1 arasında 27 dekabr 2019-cu il tarixli 124/RES/12.19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər qismən ödənişlər etmişdir. X3 25 dekabr 2020-ci ildə vəfat etmişdir və onun hazırki vaxta qədər vərəsəsi müəyyən edilməmişdir. Ona görə də də bank kredit müqaviləsi üzrə borcu zaminlərə yönəltmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcu könüllü ödəməkdən imtina edirlər. Borclu kredit vəsaitindən istifadə etsə də kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. Hazırda cavabdehlərdən müştərək qaydada 2685,78 manat əsas, 32,18 manat faiz, 4,11 manat cərimə olmaqla, cəmi 2722,07 manat məbləğində kredit borcu və 47,23 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, 27 dekabr 2019-cu il tarixli İK 124/RES/12.19 saylı kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasının təminatı kimi qardaşı Cavabdeh2 və onun arasında 27 dekabr 2019-cu il tarixli 124/RES/12.19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda vəfat edən əsas borclunun övladı hərbi xidmətdədir və atasının borcunu ödəyəcəyini bildirir. Özünün və qardaşının isə həmin borcu ödəmək imkanı yoxdur. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş 27 dekabr 2019-cu il tarixli, İK 124/RES/12.19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh X3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə illik 1 faizlə 2398,46 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş qəbzdən və xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borclarının ödənilməsi barədə bildiriş göndərilmişdir. İşə əlavə olunmuş 27 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır və bununla da Cavabdeh2 və Cavabdeh1 cavabdeh Azər İsayevin öhdəliklərinin təminatçısı kimi çıxış edirlər. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş elektron portaldan sorğunun nəticəsindən görünür ki, hazırki tarixədək mərhum X1 hüquqi vərəsəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1- ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Göründüyü kimi Mülki Məcəllənin nə 465-ci maddəsi, nə də 472-ci maddəsi zaminin cərimə ödəməsini nəzərdə tutmamışdır. Belə olan halda iddianın cəriməyə aid hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2685,78 manat əsas, 32,18 manat faiz olmaqla, cəmi 2717,96 manat kredit borcu və 47,18 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2685,78 manat əsas, 32,18 manat faiz olmaqla, cəmi 2717,96 manat kredit borcu və 47,18 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-2472/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2472/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver