Məhkəmə qərarları › İş №e-2(062)-2508/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2508/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2508/2023 26.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Tovuz şəhərində 26 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2022-ci il tarixli 338959-1-31156 saylı kredit müqaviləsi üzrə əsas məbləği 12120,76 manat, əsas məbləğə hesablanmış faiz borcu 1541,80 manat, cərimə borcu 974,75 manat olmaqla cəmi 14637,31 manat, xx.xx.2022-ci il tarixli 338959-OVR-19565 saylı kredit müqaviləsi üzrə əsas məbləği 814,94 manat, əsas məbləğə hesablanmış faiz borcu 95,17 manat, cərimə borcu 85 manat olmaqla cəmi 995,11 manat məbləğində borcun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 136,90 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı haqqında rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə ərizə göndərərək, məlumat vermiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında nağd pul krediti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kredit məbləği 16310 manat illik 22,50% dərəcəsi ilə 60 ay müddətinə verilmişdir. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 338959-OVR-19565 saylı kredit müqaviləsinə əsasən, sonuncuya kredit məbləği 860 manat illik 25% dərəcəsi ilə 36 ay müddətinə verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Hazırda cavabdehin iddiaçı təşkilata kredit müqaviləsi üzrə kreditin əsas məbləği 12120,76 manat, əsas məbləğə hesablanmış faiz borcu 1541,80 manat, cərimə borcu üzrə 974,75 manat olmaqla cəmi 14637,31 manat, ikinci kredit müqaviləsi üzrə əsas məbləği 814,94 manat, əsas məbləğə hesablanmış faiz borcu 95,17 manat, cərimə borcu 85 manat olmaqla cəmi 995,11 manat borcu qalmışdır. Ona görə də Cavabdeh xx.xx.2022-ci il tarixli 338959- 1-31156 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləği 12120,76 manat, əsas məbləğə hesablanmış faiz borcu 1541,80 manat, cərimə borcu üzrə 974,75 manat olmaqla cəmi 14637,31 manat, xx.xx.2022-ci il tarixli 338959-OVR-19565 saylı kredit müqaviləsi üzrə əsas məbləği 814,94 manat, əsas məbləğə hesablanmış faiz borcu 95,17 manat, cərimə borcu 85 manat olmaqla cəmi 995,11 məbləğində borcun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 136,90 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İşə əlavə edilmiş bildirişin göndərilməsi barədə zərfdən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Surəti işə əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli, 338959-1-31156 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 16310 manat 60 ay müddətinə kredit verilmişdir. Belə ki, surəti işə əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli, 338959-OVR-19565 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 860 manat 36 ay müddətinə kredit verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17 yanvar 2022-ci il tarixli, 338959-1-31156 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kredit məbləği 16310 manat illik 22,5% dərəcəsi ilə 60 ay müddətinə verilmişdir. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 338959- OVR-19565 saylı kredit müqaviləsinə əsasən, sonuncuya kredit məbləği 860 manat illik 25% dərəcəsi ilə 36 ay müddətinə verilmişdir. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini gecikdirmiş və iddiaçı təşkilata kredit müqaviləsi üzrə kreditin əsas məbləği 12120,76 manat, əsas məbləğə hesablanmış faiz borcu 1541,80 manat, cərimə borcu üzrə 974,75 manat olmaqla cəmi 14637,31 manat, xx.xx.2022-ci il tarixli 338959- OVR-19565 saylı kredit müqaviləsi üzrə əsas məbləği 814,94 manat, əsas məbləğə hesablanmış faiz borcu 95,17 manat, cərimə borcu 85 manat olmaqla cəmi 995,11 borcu qalmışdır. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 974,75 manat cərimə borcu azaldılaraq 48,73 manat, ikinci müqavilə üzrə 85 manat cərimə borcu azaldılaraq 4,25 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 338959-1-31156 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləği 12120,76 manat, əsas məbləğə hesablanmış faiz borcu 1541,80 manat, cərimə borcu üzrə 48,73 manat olmaqla cəmi 13711,29 manat, xx.xx.2022-ci il tarixli 338959-OVR-19565 saylı kredit müqaviləsi üzrə əsas məbləği 814,94 manat, əsas məbləğə hesablanmış faiz borcu 95,17 manat, cərimə borcu 4,25 manat olmaqla cəmi 914,36 borcu məbləğində pul alınıb iddiaçı təşkilata verilməli və iddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 133,88 manat manat hissə cavabdehə aid edilməli və cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 338959-1-31156 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləği 12120,76 manat, əsas məbləğə hesablanmış faiz borcu 1541,80 manat, cərimə borcu üzrə 48,73 manat olmaqla cəmi 13711,29 manat, xx.xx.2022-ci il tarixli 338959-OVR-19565 saylı kredit müqaviləsi üzrə əsas məbləği 814,94 manat, əsas məbləğə hesablanmış faiz borcu 95,17 manat, cərimə borcu 4,25 manat olmaqla cəmi 914,36 manat və dövlət rüsumu hesabına ödənilmiş pulun 133,88 manat hissəsi alınaraq İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar