Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2588/2024 24.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında avtomobilə dəymiş zərərə görə ödənilmiş pul tələbinə dair mülki işə Tovuz şəhərində 24 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq subroqasiya qaydasında avtomobilə dəymiş zərərə görə ödənilmiş pul tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 20 mart 2024-cü il tarixdə «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Orujov Rantik yüngül bədən xəsarət almış, “Opel Astra” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. Hadisə ilə bağlı Tovuz rayon Məhkəməsinin qərarına əsasən, «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Cavabdeh hadisə vaxtı «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda və idarəetmə hüququ olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən dəymiş ziyanı aradan qaldıraraq, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS240976, İAS240977 və İAS240979 saylı Sığorta ödənişi aktlarına əsasən, zərərçəkən şəxslərə ümumilikdə 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, cavabdehdən «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh vurulmuş zərərə görə ödənilmiş 5750 manat sığorta ödənişi və dövlət rüsumu hesabına ödənilmiş 77,5 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə, həmçinin hazırlıq iclasında qəbzə imza etsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş İAS240976 nömrəli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra” markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və nəticədə dəymiş ziyana görə 3412,65 manat sığorta ödənişi etmişdir. İşə əlavə olunmuş İAS240977 nömrəli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və nəticədə dəymiş ziyana görə 1587,35 manat sığorta ödənişi etmişdir. İşə əlavə olunmuş İAS240979 nömrəli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Orujov Rantikə yüngül xəsarət yetirmiş və nəticədə buna görə 750 manat sığorta ödənişi etmişdir. İşə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 3(062)-260/2024 saylı xx.xx.2024-cü il tarixli inzibati qərarından görünür ki, Cavabdeh AR İXM-nin 334.1 və 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh 20 mart 2024-cü il tarixdə «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Orujov Rantik yüngül bədən xəsarət almış, “Opel Astra” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. Hadisə ilə bağlı Tovuz rayon Məhkəməsinin qərarına əsasən, «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq, «Chevrolet Cruze» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh vurduğu zərərə görə 5750 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5750 manat məbləğində ödənilmiş sığorta məbləği alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 77,5 manat pul cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 5750 (beş min yeddi yüz əlli) manat və dövlət rüsumu hesabına ödənilmiş 77,5 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-2588/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2588/2024
24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver