Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2704/2025 19.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində ona vurduğu ziyana görə 1467 manat dəyərində pulun, 35 manat ödənilmiş dövlət rüsumunun və 450 manat hüquqi yardım üçün ödənilmiş pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1 ünvanında yaşayır. "Nissan X- Trail" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona maxsusdur. Ona məxsus olan həmin avtomobillə xx.xx.2025-ci il tarixdə saat 23:45 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində svetaforda dayandiği vaxt X2 idarə etdiyi "Kia Optima minik" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan hərəkət edərkən düzgün ara məsafəsi seçməyib, hərəkətdə olduğu sürətlə qarşısında dayanmış X4 idarə etdiyi "Renault Megane" markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşına çırpılmış və bundan sonra zərbənin təsirindən "Renault Megane" markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə çırpılmış və hadisə yerinə gələn polis əməkdaşları müvafiq sənədləşmə aparmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılmış va tərəflərdən heç birinin əməlində cinayət tərkibinin əlamətləri aşkar olunmadığı üçün Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən toplanmış material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi barədə" xx.xx.2025-ci il tarixdə Qərar qəbul edilmişdir. Qəbul edilmiş Qərarla cinayət işinin başlanması rədd edilsə də, Cavabdeh əməlində inzibati xətanın tərkib əlamətlərinin olması göstərilmişdir. Həmin Qararda göstərilmişdir ki, qəbul edilmiş qararın surəti Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPS-nə göndərilsin. Sumqayıt ŞPİ-nin DYPS-də Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqinda protokol tərtib edərək, baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1467/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı ilə Quliyev X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 (alt) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ mahdudlaşdırılmışdır. Qərardan da göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsində X5 təqsirkardır. Onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı onun maşını əzilmiş, mülkiyyətinə ziyan dəymişdir. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" Sıgorta şirkəti ASC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, ona məxsus "Nissan X-Trail markalı **-EJ-*** dövlat qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2500 manat təşkil edir. Yol-nəqliyyat hadisəsi nəticəsində iki avtomobilə ziyan dəydiyi üçün "xxxx" Sığorta şirkəti ASC-nin Əmlak sığortası növləri üzrə zərərlərin tənzimlənməsi departamentinin direktor müavini Nigar Yarməmmədova tərəfindən xx.xx.2025-ci il tarixli, 141745 No-li sığorta aktı əsasında ona ödənilən sığorta ödənişinin məbləgi mütənasib qaydada 1033 manat müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə 1033 manat vəsait hesabına köçürülmüşdür. Beləliklə, X2 təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan "Nissan X- Trail" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi ziyanın məbləği 2500 manat təşkil etmiş, "xxxx" Sığorta şirkəti ASC-nin tərəfindən 1033 manat ödənilmiş, 1467 manat ziyan ödənilməmiş qalmışdır. Cavabdehə həmin məbləği ödəməsini taklif etsə də, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xagiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1467/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı ilə Quliyev X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 (alt) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ mahdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" Sıgorta şirkəti ASC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, "Nissan X-Trail markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 2500 manat təşkil edir. İş materiallarında olan "xxxx" Sığorta şirkəti ASC-nin Əmlak sığortası növləri üzrə zərərlərin tənzimlənməsi departamentinin direktor muavini Nigar Yarməmmədova tərəfindən xx.xx.2025-ci il tarixli, 141745 No-li sığorta aktı əsasında ödənilən sığorta ödənişinin məbləgi mütənasib qaydada 1033 manat müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə 1033 manat vəsait hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 23:45 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində svetaforda dayandiği vaxt X2 idarə etdiyi "Kia Optima minik" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan hərəkət edərkən düzgün ara məsafəsi seçməyib, hərəkətdə olduğu sürətlə qarşısında dayanmış X4 idarə etdiyi "Renault Megane" markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşına çırpılmış və bundan sonra zərbənin təsirindən "Renault Megane" markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə çırpılmış və hadisə yerinə gələn polis əməkdaşları müvafiq sənədləşmə aparmışlar. Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPS-nə göndərilsin. Sumqayıt ŞPİ-nin DYPS-də Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqinda protokol tərtib edərək, baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1467/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı ilə Quliyev X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 (alt) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ mahdudlaşdırılmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək cavabdehdən 1467 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 35 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkilə pulun ödənilməsinə dair hissədə xərc təmin edilə bilməz. Belə ki, iddiaçı bunu təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilməmiş, izahatında isə müştəri ilə vəkil arasındakı müqavilə vəkil sirriniu təşkil etdiyindən müqaviləni məhkəməyə təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Vəkillər X3 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydaların 2.1-ci bəndində göstərilmişdir ki, müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər yalnız müqaviləyə əsaslanır. Müştəri kateqoriyasına fiziki və hüquqi şəxslər, dövlət orqanları, idarə və təşkilatlar (müəssisələr), beynəlxalq təşkilatlar və müqavilə bağlamaq qabiliyyətinə (imkanına) malik olan digər şəxslər daxildir. Həmin qaydaların 2.2-ci bəndinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardım üzrə haqqın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qaydaların 2.3-cü bəndinə görə isə vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin xidmət haqqının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və xidmət haqqının məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Qaydaların 2.6-2.9-cu bəndlərinə görə müştəri POS-terminal vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən ödəniş kartı vasitəsilə edilən ödənişlə əlaqədar ona həmin avadanlığın çap etdiyi ödəniş qəbzinin (məcburi rekvizitləri əks etdirən qəbzin) bir nüsxəsi verilir. POS-terminal vasitəsilə verilən qəbzin digər nüsxəsi müqaviləyə əlavə edilib saxlanılır. Həmin qəbzin nüsxəsi müştəri tərəfindən imzalanmalı və üzərinə müştəri tərəfindən onun adı, soyadı və ata adı yazılmalı və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənir. Ödəniş qəbzi müştərinin müqavilədə göstərilən məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir. Müştəri bank vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının banka ödənildiyini təsdiq edən mədaxil qəbzi (ödəniş sənədi) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Mədaxil qəbzinin (ödəniş sənədinin) surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri mədaxil qəbzinin əslini bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Bankın müştəriyə təqdim etdiyi mədaxil qəbzi (ödəniş sənədi) müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir. Müştəri digər ödəniş sistemi vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının həmin sistem vasitəsilə ödənildiyini təsdiq edən qəbzi (ödəniş sənədini) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Ödəniş sənədinin surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri ödəniş sənədinin əslini (əsli olmadıqda surətini) bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Ödəniş sənədi müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir. İddiaçı bu tələblərə cavab verən sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1467 (bir min dörd yüz altmış yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2704/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2704/2025
19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver