Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2844/2024 29.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QSC-nin nümayəndəsi Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən bankın xeyrinə xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 2554,99 manat əsas kredit borcu, 287,89 manat faiz borcu, 51,2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat əsas kredit borcu, 251,34 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3445,42 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 54,45 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi əsasında cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə aylıq 1,9167 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsi əsasında cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə “X1 Carts” növlü kart hesabı və 36 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin cavabdeh hər iki müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 2554,99 manat əsas kredit borcu, 287,89 manat faiz borcu, 51,2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat əsas kredit borcu, 251,34 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3445,42 manat borcu yaranmışdır. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş və cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Kreditor «AccessBank” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 001A********** saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana istehlak məqsədləri üçün 35 ay müddətinə aylıq 1,9167 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Kreditor «AccessBank” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə “X1 Carts” növlü kart hesabı və 36 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Kreditor «AccessBank” QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdehnın «AccessBank” QSC-yə xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 2554,99 manat əsas kredit borcu, 287,89 manat faiz borcu, 51,2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat əsas kredit borcu, 251,34 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3445,42 manat borcu yaranmışdır. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2023-cü il tarixli 001A********** saylı və xx.xx.2023-cü il tarixli 001KK**********01 saylı kredit müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, borcalanın kredit müqaviləsi üzrə borcalanın xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 2554,99 manat əsas kredit borcu, 287,89 manat faiz borcu, 51,2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat əsas kredit borcu, 251,34 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3445,42 manat borcu yaranmışdır. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan işin hallarını təhlil edərək məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləği müqavilənin şərtlərinə, tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğundur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 2554,99 manat əsas kredit borcu, 287,89 manat faiz borcu, 51,2 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat əsas kredit borcu, 251,34 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3445,42 manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 54,45 manat məbləğdə vəsait tutularaq iddiaçı «AccessBank” QSC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 2554,99 manat əsas kredit borcu, 287,89 manat faiz borcu, 51,2 manat cərimə borcu, xx.xx.2023cü il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat əsas kredit borcu, 251,34 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3445,42 (üç min dörd yüz qırx beş manat qırx iki qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 54,45 manat məbləğdə vəsait tutularaq iddiaçı «AccessBank” QSC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-2844/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2844/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver