Məhkəmə qərarları › İş №e-2(062)-2875/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2875/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2875/2025 20.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC (bundan sonra – iddiaçı və ya borcverən) və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01540 saylı kredit müqaviləsinə əsasən, borcalana 48 ay müddətinə illik 30 % manat faiz dərəcəsiylə 8700 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3869.16 manat əsas, 406.74 manat faiz, 99.4 manat cərimə borcu olmaqla, cəmi 4375.3 manat borcun və 63.75 manat dövlət rüsumunun müştərək qaydada tutulması tutulması barədə qətnamə çıxarılmasını xhaiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini madafiə edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki,iddianı qəbul edir. Qanuna müvafiq qərqr qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, o N saylı hərbi hissədə işləyir. Cavabdeh2 onlara yoldaşının xəstə olduğunu bildirərək zamin olmaqlarını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, aralarında bağlanmış müqaviləyə əsasən, borcverən kredit versə də, borcalan müqavilə öhdəliyini lazimi qaydada icra etməmiş, beləliklə icra edilməmiş borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun borcalandan və müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında üzərlərinə məsuliyyət götürmüş zaminlərdən müştərək qaydada tutulmasını xahiş etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən, iddia təmin olunmalı, əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada 3869.16 manat əsas, 406.74 manat faiz, 99.4 manat cərimə borcu olmaqla, cəmi 4375 (dörd min üç yüz yetmiş beş) manat 30 (otuz) qəpik borc və 63 (altmış üç) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar