Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2909/2025 15.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiyası” tələbinə dair iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiyası” tələbinə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsasəlandırılmışdır ki, Cavabdeh ilə 14 fevral 2014-cü il tarixdə ailə qurmuş və rəsmi nikah münasibətləri xx.xx.2017-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində qeydə alınmıdır. Borclu ilə birgə yaşadığı müddətdə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü B e h b u d o v Sərdar Kamal oğlu, xx.xx.2014-cü il təvəllüdlü B e h b u d o v Nuray Kamal qızı və xx.xx.2017-ci il təvəllüdlü X13 adlı dörd uşaqları doğulmuşdur. Tovuz rayon Məhkəməsinin İş № 2(062)-44/2023, xx.xx.2023-cü ilci il tarixli Qətnaməsinə əsasən (Hakim X1) X5 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Tovuz rayon Qediyyat Şöbəsində 477 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X14 adlı uşaq anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2012-ci il təvəlldülü X10 adlı uşaq atası X3 himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 iyul 2022-ci il tarixdən başlayaraq X2 İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla,cəmi 480 (dörd yüzsəksən) manat sabit pulməbləğində aliment tutulması təmin edilmiş, İddia qalan hissədə təmin edilməmiş, Qət edilmiş alimentin illik məcmusu 5760 manat olduğundan 77 manat 60 qəpik məbləğində dövlət rüsumu X2 tutularaq dövlət büdcəsinə ödənilməsi, Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməsi, İddiaçı X3 cavabdeh İddiaçı qarşı «nikahın pozulmasına və uşaqların onun himayəsində saxlanılmasna» tələbinə dair iş üzrə alimentlə bağlı qəbul edilmiş müvəqqəti təminat tədbirləri ləğv edilməsinə dair Qətnamə qəbul edilmişdir. Tovuz rayon məhkəməsi xx.xx.2025-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasında 2025-ci il 01 yanvar tarixindən ölkə üzrə müəyyən edilmiş minimuməmək haqqı məbləği olan 400 manatın 0.5 misli miqdarında, yəni hər bir uşaq üçün 200 manat, cəmi 3 uşaq üçün 600 manat Alimentin indeksləşdirilərək icra qaydasında Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməsinə dair Qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-3-cü maddəsinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmaqla MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiyası” tələbinə dair iddia ərizəsi icraata qəbul etməkdən imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-2909/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2909/2025
15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver