Məhkəmə qərarları › İş №e-2(062)-3035/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3035/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3035/2024 06.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 06 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi işdə iştirak etməmiş, teleqram göndərərək, həmçinin iddia ərizəsində qeyd edərək işdə iştirak edə bilməyəcəyini bildirmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizədə göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, cavabdehə 33 faizlə ödənilmək şərtilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla yanaşı, 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 arasında 19 avqust 2014-cü il tarixli ZM- 250003739 saylı zaminlik müqaviləsi bağlanmışdır. Amma borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən, kreditin qalıq məbləği 4743,92 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5406,71 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Hazırda cavabdehin iddiaçı təşkilata kreditin əsas məbləği 2013,20 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 2566,63 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları məbləğində faiz borcu mövcuddur. Ona görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 2013,20 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 2566,63 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları məbləğində borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 110,69 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ASC ilə aralarında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, ona 33 faizlə ödənilmək şərtilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla yanaşı, 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 arasında 19 avqust 2014-cü il tarixli ZM-250003739 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən, kreditin qalıq məbləği 4743,92 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. O, restrukturizasiya olunana qədər aralarında olan razılaşmaya görə kreditini 100 manatdan ödəmişdir. Lakin 2019-cu ildə ona kart vasitəsilə pul qaytarılandan sonra ödəməni dayandırmışdır. Əgər borcu olduğunu bilsəydi, ödənişi davam etdirərdi. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 19 avqust 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən ödəmək şərtilə 6370 ABŞ dolları kredit verilmişdir. İşə əlavə edilmiş 19 avqust 2014-cü il tarixli ZM-250003739 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən, kreditin qalıq məbləği 4743,92 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İşə əlavə edilmiş Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, cavabdehə 33 faizlə ödənilmək şərtilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla yanaşı, 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 arasında 19 avqust 2014-cü il tarixli ZM- 250003739 saylı zaminlik müqaviləsi bağlanmışdır. Amma borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən, kreditin qalıq məbləği 4743,92 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5406,71 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziç imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Hazırda cavabdehin iddiaçı təşkilata kreditin əsas məbləği 2013,20 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 2566,63 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları məbləğində faiz borcu mövcuddur. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 2566,63 ABŞ dolları cərimə azaldılaraq 51,33 ABŞ dolları məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecirdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 2013,2 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 51,33 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları olmaqla, cəmi 2819,36 ABŞ dolları icra olunduğu vaxta manatla məzənnəsi ilə alınıb iddiaçı təşkilata verilməli və iddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. Cavabdeh məhkəmə hazırlıq iclasından sonra məhkəməyə ərizə göndərərək sonradan heç bir müqavilə imzalamadğını, imzanın ona məxsus olmaması səbəbindən məhkəmə ekspertizası təyin olunması barədə vəsatət vermişdir. Lakin məhkəmə iclas zalında elektron sistemdə yerləşdirilmiş müqavilə ona göstərilərkən imzanın və orda olan xəttin ona məxsus olduğunu bildirmiş, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə zərurət qalmadığını bildirmişdir. Ona görə də məhkəmə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması barədə ərizəsini müzakirə etmədən saxlamışdır. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə verərək, iş üzrə müqavilə öhdəliklərinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarını araşdırarkən, cavabdehin imzaladığı müqavilə üzrə restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci ilədək uzadılmışdır. Kredit müddəti xx.xx.2021-ci il tarixdə bitdiyinə görə 3 illik iddia müddəti xx.xx.2024-cü ildə bitir. İddiaçı təşkilat isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddəti keçmədiyindən iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. Ona görə də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin oluna bilməz. İddianın təmin edilmiş hissəsi 1000 manatdan artıq olduğuna görə dövlət rüsumunun 67,92 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi 67,92 manat dövlət rüsumu cavabdehə aid edilməklə cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 2013,2 ABŞ dolları, faiz borcu 472,87 ABŞ dolları, cərimə 51,33 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,96 ABŞ dolları olmaqla, cəmi 2819,36 ABŞ dolları borc icra olunduğu vaxta manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 67,92 manat alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar