Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3089/2024 13.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 13 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh4 ilə təşkilat arasında bağlanmış 12 iyul 2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və 12 iyul 2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 48 ay müddətinə, illik 23% ödəmək şərtilə 11725 manat məbləğində kredit verilmişdir. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Bununla yanaşı, 12 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4nın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında 12 iyul 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Amma borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və onlara hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdirlər. 12 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin borcunun məbləği əsas borca görə 10718,5 manat, faiz borcuna görə 388,21 manat, cərimə borcuna görə 6 manat olmaqla, cəmi 11112,71 manat məbləğində təşkil edir. Odur ki, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca görə 10718,5 manat, faiz borcuna görə 388,21 manat, cərimə borcuna görə 6 manat olmaqla, cəmi 11112,71 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 123,74 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş 12 iyul 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh4 istehlak məqsədilə 48 ay müddətinə, illik 23% ödəmək şərtilə 11725 manat kredit verilmişdir. İşə əlavə olunmuş 12 iyul 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə təşkilat arasında zaminlik müqaviləsi bağlanmışdır və bununla da Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh4 öhdəliklərinin təminatçısı kimi çıxış edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh4 ilə "xxxx" KB ASC arasında bağlanmış 12 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədilə 48 ay müddətinə, illik 23% ödəmək şərtilə 11725 manat məbləğində kredit verilmişdir. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Bununla yanaşı, 12 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4nın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında 12 iyul 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Amma borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdirlər. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişlər. 19 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin 12 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 10718,5 manat, faiz borcuna görə 388,21 manat, cərimə borcuna görə 6 manat olmaqla, cəmi 11112,71 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əsas məbləği 10718,5 manat, faiz borcuna görə 388,21 manat, cərimə borcuna görə 6 manat olmaqla, cəmi 11112,71 manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının ödədiyi 123,74 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əsas məbləği 10718,5 manat, faiz borcuna görə 388,21 manat, cərimə borcuna görə 6 manat olmaqla, cəmi 11112,71 manat borc, 123,74 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-3089/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3089/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver