Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-337/2025 10.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə ödənilməmiş 16082.70 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və 79 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və "X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə 16354 manat 03 qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 16082 manat 70 qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda “OBA Market MMC-yə ümumilikdə 16082 manat 70 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini və iddiaçıya 2600 manat borcunun qaldığını bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh İlham oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 16354.03 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümmumi olaraq 16082.70 manat borcu qalmışdır. Beləliklə Cavabdeh İlham oğlunun 14 Oktyabr 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 16082.70 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 699 nömrəli əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh İlham oğlundan tələb olunması, “Təbii itki norması” satış dövriyyəsinin 0.15 faizi müəyyən edilməsi, daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsi bu əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İşdən azad haqqında” çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a" (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilməsi, son haqqhesab: İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İşə qəbul etmə haqqında” çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Vəzifə dəyişikliyi haqqında” çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Safış şöbəsində xx.xx.2022-ci il tarixindən administrator vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan “Növbədənkənar inventarizasiya aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 545 nömrəli əmrdən görünür ki, Cavabdeh daimi fəaliyyətində olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupuna təyin olunan filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılmasını həyata keçirilməsi tapşırılması əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin İnventarizasiya komissiyasının xx.xx.2024-cü il tarixli iltizamnaməsindən görünür ki, Cavabdeh iltizamnamə ilə bildirmişdir ki, inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəsində olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. Yoxlama işçi qrupunun rəhbəri tərəfindən, ona aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyim aşkar olunarsa, bunlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağı haqqında məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Oba Market» MMC-nin sədri X2 ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh satış departamenti-satış şöbəsinə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “tam maddi məsluliyyət haqqında” müqavilədən görünür ki, o, müqaviləyə imza ataraq tam məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə əlavənin” surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək Cəmiyyətin satış departamentinin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 manat təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. 1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddiaçı işəgötürən əmək münasibətləri zamanı işçi cavabdehin vurduğu maddi ziyanın əvəzi kimi 16082.70 manat pulun tutulmasını tələb etmişdir. İşdə olan 18 mart 2024-cü il tarixli,545 nömrəli əmrdən görünür ki, növbədənkənar yoxlamanın aparılması üçün inventarizasiya komissiyası yaradılmış və maddi məsul şəxs olan Cavabdeh iltizamnamədəki qeydindən görünür ki, tapılmış səhvlər düzəliş edildikdən sonra Adıgözəlov Turala təhvil verilmişdir. Turalın həmin iltizamdakı qeydindən görünür ki, tapılmış səhvlərə düzəliş edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləğdə mallarda əskiklik olsa idi, o zaman əskik qalan mallar barədə qeydlər aparılardı Buna baxmayaraq cavabdeh 2600 manat çatışmazlığın olduğunu etiraf etdiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə xərcinə daxil olan 46 manat dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46 manat və mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-337/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-337/2025
10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver