Məhkəmə qərarları › İş №e-2(062)-3594/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-3594/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-3594/2024 05.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı "xxxx" MMC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsinə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə elektron sistemdəki məlumatlardan görünür ki, Cavabdeh2 16 fevral 2022-ci ildə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iş üzrə icraata götürülməsindən imtina edilməlidir. Belə ki, Cavabdeh2 16 fevral 2022-ci il tarixində ölmüşdür, iddiaçı isə onu işə baxılması üçün 2024-cü ilin dekabr ayında məhkəməyə vermişdir. Cavabdeh kimi məhkəməyə verilmiş Cavabdeh2 məhkəməyə verilməmişdən 2 il 10 ay əvvəl ölmüşdür. Faktiki olaraq iddiaçı ölmüş şəxsi məhkəməyə vermişdir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Göründüyü kimi, iddiaçı tərəfindən hüquq qabiliyyəti olmayan və mövcud olmayan şəxs məhkəməyə verildiyindən iş məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ona görə də hazırki iş üzrə iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata götürülməsindən imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar