Məhkəmə qərarları › İş №e-2(062)-3623/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-3623/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-3623/2024 29.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ İHakim Hünmətov Zaur Adil oğlu, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq , məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlə razılığa gəldiklərini, bu səbəbdəmn də iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrəli qəbzlə ödənilmiş 49 manat 13 qəpik məbləğində dövlət rüsumu “X1” ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar