Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-495/2025 20.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 20 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Azərbaycan» QSC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə «X2 Azərbaycan» QSC-yə rəsmi məhkəmə bildirişi göndərilsə də iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «X2 Azərbaycan» QSC ərizəsində göstərmişdir ki, «X2 Azərbaycan » QSC ilə Cavabdeh arasında 17 aprel 2024-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh təşkilat tərəfindən istehlak yönümlü 6000 manat məbləğində kredit ayrılmışdır. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Amma borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Hazırda cavabdehin iddiaçı təşkilata kreditin əsas məbləği 5748,65 manat, əsas məbləğə hesablanmış faiz borcu 456,58 manat, cərimə 40,71 manat olmaqla cəmi 6245,94 manat borcu qalmışdır. Ona görə də Cavabdeh kreditin əsas məbləği 5748,65 manat, əsas məbləğə hesablanmış faiz borcu 456,58 manat, cərimə 40,71 manat olmaqla cəmi 6245,94 manat məbləğində borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 82,45 manat dövlət rüsumunun «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 17 aprel 2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh «X2 Azərbaycan» QSC tərəfindən 6000 manat kredit ayrılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında 17 aprel 2024-cü il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh «X2 Azərbaycan» QSC tərəfindən 6000 manat kredit ayrılmışdır. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin hesablanmasını mütəmadi olaraq gecikdirmiş və onun kreditin əsas məbləği 5748,65 manat, əsas məbləğə hesablanmış faiz borcu 456,58 manat, cərimə 40,71 manat olmaqla cəmi 6245,94 manat borcu qalmışdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecirdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, kredit razılaşmasına əsasən tələb olunan 40,71 manat cərimə azaldılaraq 2,03 manat məbləğində müəyyən olunması qanuni və əsaslıdır. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh kreditin əsas məbləği 5748,65 manat, əsas məbləğə hesablanmış faiz borcu 456,58 manat, cərimə 2,03 manat olmaqla, cəmi 6207,26 manat alınıb iddiaçı təşkilata verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi 82 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh kreditin əsas məbləği 5748,65 manat, əsas məbləğə hesablanmış faiz borcu 456,58 manat, cərimə 2,03 manat və dövlət rüsumu hesabına ödənilmiş 82 manat alınaraq «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-495/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-495/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver