Məhkəmə qərarları › İş №e-2(062)-589/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-589/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-589/2025 03.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixdə ürək tutmasından vəfat etmişdir. Onun vəfatından sonra rəsmi nikahda olan həyat yoldaşı kimi ona məxsus olan daşınmaz əmlakı vərəsə kimi qəbul edərək xx.xx.2024-cü il tarxili “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əldə etmişdir. Həyat yoldaşı X4 Cavabdeh ilə notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” bağlayaraq cavabdehə 20.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh kredit müqaviləsinə əsasən aldığı həmin borc məbləğini xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin borcu bu günə qədər qaytarmamışdır. Həyat yoklaşı sağlığında dəfələrlə onunla əlaqə saxlamağına baxmayaarq hər dəfə bir bəhanə gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Həyat yoldaşı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına borcun qaytarılması barədə “Pretenziya məktubu” göndərmişdir. Daha sonra o, xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına borcun ödənilməsi barədə eyni məzmunlu “pretenziya məktubu” göndərmiş, lakin cavabdeh məktuba hər hansı münasibət bildirməmişdir. Nəticədə sözügedən kredit müqaviləsi üzrə borc verən Çingiz Mirzəyevin qanun üzrə vərəsəsi kimi Cavabdeh 20.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini (vəkili) dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında Abşeron rayonu Notariat ofisində bağlanmış xx.xx.2022-ci il il tarixli kredit müqaviləsinə əsasən, X1 Rahib Sahib oğluna xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 20.000 manat məbləğində borc vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, X2 qalmış mirası İddiaçı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən X4 cavabdehə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc vermişdir. İddiaçı öhdəliyə riayət edilmədiyini bildirərək, həmin borcun tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf daha çox ödəniş edilməsi və (ya) daha az borcun qalması və (ya) tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 20.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tam təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 (yüz əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar