Məhkəmə qərarları › İş №e-2(062)-621/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-621/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-621/2024 04.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 04 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 16,5 faizlə 36 ay müddətinə 19100 manat kredit verilmişdir. Bununla yanaşı, 10 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 arasında 10 iyun 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər qismən ödənişlər etmişdir. Müqavilənin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 09 yanvar 2024-cü il tarixinə cavabdehin iddiaçı təşkilata 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 14240,99 manat borcu vardır. Ona görə də 12762,6 manat əsas, 1478,39 manat faiz, cəmi 14240,99 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 133,12 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə qəbzini imzalamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş müqavilənin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 16,5 faizlə 36 ay müddətinə 19100 manat kredit verilmişdir. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçı təşkilata 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 12762,6 manat əsas, 1478,39 manat faiz, cəmi 14240,99 manat borcu vardır. İşə əlavə olunmuş 10 iyun 2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır və bununla da Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin təminatçısı kimi çıxış edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 16,5 faizlə 36 ay müddətinə 19100 manat kredit verilmişdir. Bununla yanaşı, 10 iyun 2022ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 arasında 10 iyun 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər qismən ödənişlər etmişdir. Borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 12762,6 manat əsas, 1478,39 manat faiz olmaqla, cəmi 14240,99 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 12762,6 manat əsas, 1478,39 manat faiz olmaqla, cəmi 14240,99 manat borc pul müştərək qaydada alınaraq İddiaçıASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 133,12 manat pul cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 12762,6 manat əsas, 1478,39 manat faiz olmaqla, cəmi 14240,99 manat borc pul və dövlət rüsumu hesabına ödənilmiş 133,12 manat alınaraq İddiaçıASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar