Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-632/2024 03.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC (bundan sonra – iddiaçı və ya borcverən) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02254 saylı kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə illik 30 % manat faiz dərəcəsiylə 3000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən, X5 və Cavabdeh2 həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2022ci il tarixli 02254 saylı kredit müqaviləsinə xitam verilməsi; cavabdehlərdən 2545.08 manat əsas, 310.19 manat faiz, 37.44 manat cərimə borcu olmaqla, cəmi 2392.71 manat borcun və 43.93 manat dövlət rüsumunun müştərək qaydada tutulması tutulması barədə qətnamə çıxarılmasını xhaiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini madafiə edərək təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək mizahatında göstərdi ki, o zamn olmuşdur. Xahiş edir ki, göstərilən kredit borcu X1 tutulsun. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq mülki işin növbəti aya təxirə salınmasını xahiş etmiş, onun vəsatəti təmin edilərək işin baxılması növbəti aya təxirə salınmışdır. Buna baxmayaraq o və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, aralarında bağlanmış müqaviləyə əsasən, borcverən kredit versə də, borcalan müqavilə öhdəliyini lazimi qaydada icra etməmiş, beləliklə icra edilməmiş borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun borcalandan və müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında üzərlərinə məsuliyyət götürmüş zaminlərdən müştərək qaydada tutulmasını xahiş etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən, iddia təmin olunmalı, əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02254 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1, X2 və Cavabdeh2 müştərək qaydada 2545.08 manat əsas, 310.19 manat faiz, 37.44 manat cərimə borcu olmaqla, cəmi 2392 (iki min üç yüz doxsan iki) manat 71 (yetmiş bir) qəpik borc və 43 (qırx üç) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-632/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-632/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver