Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-664/2024 16.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7391,38 manat əsas, 22,99 manat faiz, cəmi 7414,37 manat borcun və ödənilmiş 94,14 manat dövlət rüsumunun müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-3(103)-141/2020 saylı qərara əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AKİA-nın vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kreditlər üzrə tələb hüququnun İddiaçı QSC-yə ötürülmüşdür. Həmin qərarın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2020-ci il tarixli, 09 saylı təhvil-təslim aktıəsasında İddiaçı QSC-yə təhvil verilmişdir. İddiaçı QSC-nin Orta Kredit Komitəsinin 17 iyul 2021-ci il tarixli 37/21-ok saylı protokol Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə Tovuz rayonu, Alakol kənd sakini Cavabdeh1 ilə 17 iyul 2021-ci il tarixli RNBC-001 saylı X3 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 əsas borcuna illik 7% hesablanmaqla, 7466,89 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 18 ay müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh1la ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə fizki şəxs Cavabdeh2 arasında 17 iyul 2021-ci il tarixli Z-1 (RNBC-001) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir.Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Bağlanmış 17 iyul 2021-ci il tarixli RNBC-001 saylı Restrukturizasiya Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 7391,38 manat, faiz borcu 22,99 manat, cəmi borcu 7414,37 manat təşkil edir. Borclu Cavabdeh1ilə bağlanmış Restrukturizasiya Müqaviləsinin 2.3-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna illik 7%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavaddeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc galığına illik 10%-lə faiz hesablanır. Borclu Cavabdeh1 zamini Cavabdeh2 Kredit Təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdülər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər ekspertizanın müəyyən etdiyi məbləğlə razı olduqlarını qeyd edərək qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4205 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 17 iyul 2021-ci il tarixdə bağlanmış RNBC-001 saylı Restrukturizasiya müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-yə olan borcu xx.xx.2023-cü il (müqavilə müddəti bitən tarixə) 7662,52 manat, əsas borc üzrə 7411,41 manat, faiz borcu üzrə 251,11 manat; xx.xx.2024-cü il (müqavilə müddəti bitən tarixə) borcu 8036,12 manat, 7411.41 manat əsas borc üzrə, 373.6 manat faiz borcu üzrə müəyyən edilmişdir. Məhkəmə rəyi ona görə sübut kimi qəbul etmir ki, rəydə göstərilənlər əsasında iddianın təmin edilməsi iddiadan kənara çıxma ilə nəticələnəcəkdir. Halbuki məhkəmə yalnız müstəsna hallarda tələbdən kənara çıxa bilər. Odur ki, məhkəmə iddia ərizəsinə əlavə edilmiş sübutları qəbul edir və onu da qeyd edir ki, işdə həmin sübutları inkar edən hər hansı hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, bank ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı krediti borcalana versə də, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, beləliklə Bank qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş əsas və faiz borcu yaranmışdır. Bankın təqdim etdiyi sübutlar əsas və faiz borcunun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında Cavabdeh2 zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. Belə olan halda, bank borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94,14 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7391,38 manat əsas, 22,99 manat faiz, cəmi 7414 (yeddi min dörd yüz on dörd) manat 37 (otuz yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 (doxsan dörd) manat 14 (on dörd) qəpik pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-664/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-664/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver