Məhkəmə qərarları › İş №e-2(062)-677/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-677/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-677/2024 07.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı "xxxx" İttifaqı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" İttifaqı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 07 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İttifaqı MMC məhkəmədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş icraatda olan zaman iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə göndərərək cavabdehlərdən cəmi 1977,3 manat borcun və 39,77 manat dövlət rüsumunun tutularaq "xxxx" İttifaqı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" İttifaqı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, "xxxx" İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2023-cü il tarixli, 02125 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik faiz dərəcəsi 30% ödənilmək şərtilə 3000 (üç min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclular Cavabdeh2 və Cavabdeh3 ilə 02 iyun 2023-cü il tarixli zaminlik müqavilələri bağlamışdır. Zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq zaminlər Cavabdeh2 və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Amma borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Hazırda cavabdehlərin iddiaçı təşkilata kreditin əsas məbləği 1937,67 manat, hesablanmış faiz borcu 39,63 manat, gecikməyə görə hesablanmış cərimə borcu 0 manat olmaqla, cəmi 1977,3 manat məbləğində borcu mövcuddur. Ona görə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kreditin əsas məbləği 1937,67 manat, hesablanmış faiz borcu 39,63 manat, gecikməyə görə hesablanmış cərimə borcu 0 manat olmaqla, cəmi 1977,3 manat məbləğində borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 39,77 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" İttifaqı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 02 iyun 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" İttifaqı MMC tərəfindən 18 ay müddətinə illik 30 faiz ödəmək şərtilə 3000 manat kredit limiti ayrılmışdır. Surəti işə əlavə olunmuş 02 iyun 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" İttifaqı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən, cavabdehlər üzərlərinə Cavabdeh1 borcunun ödənilməsinə dair öhdəlik götürmüşlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" İttifaqı MMC ilə Cavabdeh1 arasında 02 iyun 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh1 "xxxx" İttifaqı MMC tərəfindən 18 ay müddətinə illik 30 faiz ödəmək şərtilə 3000 manat kredit limiti ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçı təşkilat ilə Cavabdeh2 və Cavabdeh3 arasında 02 iyun 2023-cü ildə zaminlik müqaviləsi bağlanmışdır. Borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmiş və onun kreditin əsas məbləği 1937,67 manat, hesablanmış faiz borcu 39,63 manat olmaqla, cəmi 1977,3 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecirdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kreditin əsas məbləği 1937,67 manat, hesablanmış faiz borcu 39,63 manat olmaqla, cəmi 1977,3 manat məbləğində borc pul alınıb iddiaçı təşkilata verilməlidir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 39,77 manat pul cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kreditin əsas məbləği 1937,67 manat, hesablanmış faiz borcu 39,63 manat olmaqla, cəmi 1977,3 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 39,77 manat alınaraq "xxxx" İttifaqı MMC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar