Məhkəmə qərarları › İş №e-2(062)-888/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-888/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-888/2024 19.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 726,18 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 "xxxx" ASC ilə 03 mart 2022-ci il tarixli tam kart çərçivə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 620 manat nağd kredit və 36 ay müddətinə 24 faiz dərəcəsi ilə 300 manat kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən borcalan kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. X2 vəfat etmişdir. Tovuz rayon Notariat Ofisinin 22 sentyabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, mərhumun vərəsəsi kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanınmışdır. Ona görə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu günədək borcunu geri qaytarmamışdır. Bu günki günə borcluların kreditor qarşısında 726,18 manat məbləğində icra edilməmiş öhdəliyi vardır. Bu barədə dəfələrlə şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 424,52 manat əsas, kart limiti üzrə 237,88 manat əsas, 63,78 manat faiz olmaqla, cəmi 726,18 manat məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının tələbinə dair cavabdehlərə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər iddiaçının tələbinə dair məhkəməyə etiraz verməmişlər. İşə əlavə edilmiş 03 mart 2022-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, mərhum X2 "xxxx" ASC ilə bağlanmış, həmin müqaviləyə əsasən, 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 620 manat nağd kredit və 36 ay müddətinə 24 faiz dərəcəsi ilə 300 manat kart kredit limiti verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 02 iyul 2022-ci ildə vəfat etmişdir. Tovuz rayon Notariat Ofisinin 22 sentyabr 2023-cü il tarixli, 3754 saylı məktubundan müəyyən olunur ki, mərhum X1 vərəsəsi kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş borc müqaviləsinin surətindən, həmin müqaviləyə əlavədən və maliyyə arayışından görünür ki, mərhum X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müqaviləyə əsasən borclarından tam ödənişlər etməmiş, nəticədə cəmi 726,18 manat borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi, mərhum X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müqavilənin qeyd olunan şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir, ona görə də müqavilə üzrə 726,18 manat kredit borcu yaranmışdır. Ödəniş tapşırığından görünür ki, ərizənin məhkəməyə təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 mart 2022-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə cəmi 726,18 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı mərhum X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 mart 2022-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 424,52 manat əsas, kart limiti üzrə 237,88 manat əsas, 63,78 manat faiz borcu olmaqla, cəmi 726,18 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu mərhum X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar