Məhkəmə qərarları › İş №e-2(062)-895/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-895/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-895/2025 14.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 1483,23 manat məbləğində zərərin, avtomobilin zədələnməsinə görə xx.xx.2025-ci il tarixdən 1 ay ərzində taksi xidmətinə çəkilən günü 20 manat olmaqla xərc, cəmi 600 manat məbləğində pul vəsaiti və 41 manat dövlət rüsumunun, ümumilikdə 2124,0623 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən cavabdehin mülkiyyətində otan “BYD QİN Plus-in Hibrid” markalı, **-UB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə iddianın təmin tədbiri kimi həbsin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “BYD QİN Plus-in Hibrid” markalı, **-UB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərinin Nərimanov rayonunda M.Sənani küçəsində hərəkətdə olarkən başqa avtomobil ilə toqquşduqdan sonra idarəetməni itirmiş və yolun kənarında parklanmış ona məxsus “Kia Optima” markalı **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə çırpılmışdır. Nəticədə Cavabdeh1 tərəfindən ona maddi zərər vurulması ilə nəticələnmiş mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarda öz təsdiqini tapır. Həmin qərara görə Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məlum olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 ilə mülki hüquq müqaviləsi üzrə sonuncuya məxsus **-UB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində taksi fəaliyyəti ilə məşğuldur. Ona məxsus **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətinin icbari sığortaçısı “Paşa Sığorta" ASC tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda 3577 manat həcmində qiymətləndirilmiş, həmin məbləğdən ona yalnız 2093,77 manat məbləğində sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. .Mənə dəymiş qalan 1483,23 manat məbləğində maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə, cavabdehi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 idarə etdiyi “BYD QİN Plus-in Hibrid” markalı, **-UB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonunda M.Sənani küçəsində hərəkətdə olarkən başqa avtomobil ilə toqquşmuş, idarəetməni itirərək yolun kənarında parklanmış ona məxsus “Kia Optima” markalı **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisənin törədilməsində Cavabdeh1 təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq olunmuşdur. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzi qismində 1483.23 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş etmişdir. Cavabdeh ziyanın əvəzi qismində tələb edilən pul məbləğini qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh1 1483.23 manat pul tutularaq İddiaçı ödənilməli, iddi qalan hissədə sübut təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən 41 manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1483 (min dörd yüz səksən üç) manat 23 (iyirmi üç) qəpik pul alınaraq İddiaçı verilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar