Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-898/2025 07.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh BOKT "xxxx" QSC-nin xeyrinə 006-EMB-0345-23 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 940.72 manat əsas, 141.11 manat cərimə borcun və 31.22 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1113.05 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 006-EMB-0345-23 saylı xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti 1835 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC-yə xx.xx.2025-ci il tarixə əsas borcu 940.72 manat, faiz borcu 0.00 manat, cərimə borcu 141.11 manat, ümumi borcu 1081.83 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlər görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçun heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydləri aparılmaqla pretenziya məktubununonlardan asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Ərizəyə əlavə olunmuş: - 006-EMB-0345-23 saylı xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən BOKT "xxxx" QSC tərəfindən Cavabdeh 24 ay müddətinə 1835 manat dəyərində mal nisyə satılmış, sonuncu, malı təhvil almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" QSC-yə 940.72 manat əsas, 141.11 manat cərimə, cəmi 1081.83 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, müqavilə üzrə əsas və cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 31.22 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 940.72 manat əsas, 141.11 manat cərimə, cəmi 1081 (bir min səksən bir) manat 83 (səksən üç) qəpik borc, 31 (otuz bir) manat 22 (iyirmi iki) qəpik dövlət rüsumu tutularaq BOKT "xxxx" QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-898/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-898/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver