Məhkəmə qərarları › İş №e-2(063)-1141/2023

Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-1141/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-1141/2023 01.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “11 oktyabr 2021-ci il tarixli, RGTK7039493A177 saylı kredit müqaviləsi üzrə borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "11 oktyabr 2021-ci il tarixli, RGTK7039493A177 saylı kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 01 dekabr 2023-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, hazırda tərəflər arasında bağlanılmış müqavilə üzrə qalan borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyini bildirməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azırbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sonuncu ərizə təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası MPM-in 170.1ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 81,73 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "11 oktyabr 2021-ci il tarixli, RGTK7039493A177 saylı kredit müqaviləsi üzrə borcunun tutulması" tələbinə dair iddia ərizəsi qaytarılsın. İddia tələbi üzrə ödənilmiş 81,73 (səksən bir manat 73 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar