Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-1164/2023 14.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlərə qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 12 aprel 2023-cü il tarixli, 2023/00001EG-4401 nömrəli istehlak krediti müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsinə əsasən 1968,39 manat məbləğində qalıq, ona hesablanmış 305,11 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 254 manat məbləğində dəbbə pulu, cəmi 2527,50 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina olunmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən qalıq borcunun, faiz borcunun və dəbbə pulunun tutulması ilə bərabər tərəflər arasında bağlanılmış istehlah krediti müqaviləsinin də ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hesab edirəm ki, iddiaçı cavabdehlərdən qalıq borcunun, faiz borcunun və dəbbə pulunun tutulması ilə bərabər tərəflər arasında bağlanmış 12 aprel 2023-cü il tarixli, 2023/00001EG-4401 nömrəli istehlak krediti müqaviləsinin ləğv edilməsini də tələb etmişdir, yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə görə də verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul edilməsindən imtina edir. Buna görə də ərizənin qəbul olunmasından imtina edilməlidir. Həmçinin, qanunvericiliyin tələbinə görə də ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 284-1-284-4-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-1164/2023
Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-1164/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver