Məhkəmə qərarları › İş №e-2(063)-1415/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1415/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1415/2025 17.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4419,66 (dörd min dörd yüz on doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları əsas, 2106,42 (iki min bir yüz altı ABŞ dolları qırx iki sent) ABŞ dolları faiz, 4176,69 (dörd min bir yüz yetmiş altı ABŞ dolları altmış doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 631,35 (altı yüz otuz bir ABŞ dolları otuz beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 11334,12 (bir on bir min üç yüz otuz dörd ABŞ dolları on iki sent) ABŞ dolları borcun və ödənilmiş 147,81 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2014cü il tarixli, 1319-14 USD saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı olara digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Daha sonra həmin kredit müqaviləsinə əlavə 22 aprel 2015-ci il tarixli, 2185 nömrəli sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti 30 ay təyin edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Bundan başqa həmin kredit müqaviləsinə əlavə 30 iyun 2017-ci il tarixli, 02 nömrəli saziş bağlanılmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11547,97 (on bir min beş yüz qırx yeddi ABŞ dolları 97 sent) ABŞ dolları təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 29 iyun 2022-ci il tarixədək, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən isə illik 8% ödənilməsi müəyyən edilmişdir. Həmçinin əlavə sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M- 41-7086/2025 saylı 30 aprel 2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin banka, 4419,66 (dörd min dörd yüz on doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları əsas, 2106,42 (iki min bir yüz altı ABŞ dolları qırx iki sent) ABŞ dolları faiz, 4176,69 (dörd min bir yüz yetmiş altı ABŞ dolları altmış doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 631,35 (altı yüz otuz bir ABŞ dolları otuz beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 11334,12 (bir on bir min üç yüz otuz dörd ABŞ dolları on iki sent) ABŞ dolları borcları yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, iclasın Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 12 noyabr 2014-cü il tarixli, 1319-14 USD nömrəli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC Cavabdeh1 24 ay müddətinə, illik 26% ödəmək şərti ilə 12750 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 12 noyabr 2014-cü il tarixli, ZM-1319-14 USD nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 12 noyabr 2014-cü il tarixli, 1319-14 USD nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. İşdə olan 22 aprel 2015-ci il tarixli, 2185 nömrəli 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavə sazişin surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti illik 26% olmaqla, 30 ay təyin edilmişdir. İşdə olan 22 aprel 2015-ci il tarixli, 2185 nömrəli 12 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə sazişin surətindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 22 aprel 2015-ci il tarixli, 2185 nömrəli əlavə saziş üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. İşdə olan 30 iyun 2017-ci il tarixli, 02 nömrəli 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə sazişin surətindən görünür ki, cavabdehin iddiaçı qarşısında kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 11547,97 manat təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 29 iyun 2022-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan 30 iyun 2017-ci il tarixli, 02 nömrəli 12 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə sazişin surətindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 30 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin X1 27 dekabr 2017-ci il tarixli, 2-1(103)- 3194/2017 saylı qərarının surətindən görünür ki, "xxxx" ASC-nin müflis elan edilməklə, iflas proseduruna başlanılması və onun ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İşdə olan Əmanətlərin Sığortalanması Fondunun 30 aprel 2025-ci il tarixli, 12-5/2-M- 23-7084/2025 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 29 aprel 2025-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə 4419,66 ABŞ dolları əsas, 2106,42 ABŞ dolları faiz, 4176,69 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 631,35 ABŞ dolları faiz olmaqla, cəmi 11334,12 ABŞ dolları borcu vardır. İşdə olan 30 yanvar 2025-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 20 iyun 2025-ci il tarixli qəbzin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müracət edərkən 147,81 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 12 noyabr 2014-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin, tərəflər arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş kredit vəsaitindən istifadə müddətinin son günü borc öhdəliyinin tam həcmində ödənilməsinin son tarixi kimi müəyyən edilir. Borc məbləğinin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin kreditorun hesabına daxil olduğu tarix hesab olunur. Bu mənada, işin faktiki hallarından və kredit müqaviləsinin və kredit müqaviləsinə əlavə sazişlərin müddəalarından görünür ki, zaminlik müqaviləsi 12 noyabr 2014-cü il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh3 və Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli, 1319- 14 USD saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı olara digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra həmin kredit müqaviləsinə əlavə 22 aprel 2015-ci il tarixli, 2185 nömrəli sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti 30 ay təyin edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Bundan başqa həmin kredit müqaviləsinə əlavə 30 iyun 2017-ci il tarixli, 02 nömrəli saziş bağlanılmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11547,97 (on bir min beş yüz qırx yeddi ABŞ dolları 97 sent) ABŞ dolları təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 29 iyun 2022-ci il tarixədək, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən isə illik 8% ödənilməsi müəyyən edilmişdir. Həmçinin əlavə sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Həmçinin sözügedən qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Cavabdeh1 münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında mülki müqavilə münasibətləri 12 noyabr 2014-cü il tarixdə yaranmış, kredit müqaviləsinin icra müddəti 24 ay olmaqla, sonuncu gün kimi 11 noyabr 2016-cı il tarix müəyyənləşdirilmiş, lakin kredit müqaviləsinə 22 aprel 2015-ci il tarixli 2185 nömrəli sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 11224,90 (on bir min iki yüz iyirmi dörd ABŞ dolları doxsan sent) ABŞ dolları təşkil etmiş, həmçinin kreditin müddəti 30 ay təyin edilmişdir. Bundan başqa həmin kredit müqaviləsinə əlavə 30 iyun 2017-ci il tarixli, 02 nömrəli saziş bağlanılmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11547,97 (on bir min beş yüz qırx yeddi ABŞ dolları 97 sent) ABŞ dolları təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7969,83 (yeddi min doqquz yüz altmış doqquz ABŞ dolları səksən üç sent) ABŞ dolları əsas borc, 2687,44 (iki min altı yüz səksən yeddi ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu və 890,70 (səkkiz yüz doxsan ABŞ dolları yetmiş sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 29 iyun 2022-ci il tarixədək müəyyən edilmişdir. Bu müddət başa çatdıqdan sonra cavabdehin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi səbəbindən ləğv prosesində olan "xxxx" ASC-nin qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Lakin, sonradan Cavabdeh1 borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni ləğv prosesində olan "xxxx" ASC-yə olan qalıq borcun ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətini axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, sonuncu dəfə 30 iyun 2022-ci il tarixdə cavabdeh tərəfindən həyata keçirilən kredit ödənişləri təkrarən dayandırılmış və sonuncu kredit ödənişindən sonra iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlandığı halda, iddiaçı həmin tarixdən uzun müddət keçdikdən sonra, yəni 07 noyabr 2025-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçı ilə Cavabdeh1 arasında olan mülki mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 147,81 (bir yüz qırx yeddi manat səksən bir qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 147,81 (bir yüz qırx yeddi manat səksən bir qəpik) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar