Məhkəmə qərarları › İş №e-2(063)-201/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-201/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-201/2025 27.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı xeyrinə 448,24 manat məbləğində zərərin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 29 aprel 2024cü il tarixdə, saat 12:30 radələrində cavabdeh ŞəmsəddinovFərman Rauf oğlu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi ərazisində idarə etdiyi “GİNAF” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balansında və istismarında olan 76 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xəttindən ayrılan L=13 metr uzunluğunda olan 32 mm diametrlik qaz xəttini və həmin qaz xəttinin üzərində quraşdırılmış olan 01 ədəd G-4T markalı ******* nömrəli qaz sayğacını vuraraq istismara yararsız vəziyyətə salmışdır. Hadisə zamanı 45 dəqiqə müddət ərzində təbii qaz havaya axaraq sovrulmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nin BRQİD-nin Xəzər rayonu üzrə Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə İddiaçı İB-nin Qəza-Bərpa Xidmətinə, həmçinin, Azərbaycan Respublikası DİN-in 102 çağrı xidmətinə məlumat verilmişmişdir. Baş vermiş hadisə ilə bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən 29 aprel 2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmçinin, cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən müvafiq araşdırma aparılaraq Cavabdeh barəsində 06 may 2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol əsasında sonuncunun Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə ümumilikdə 448,24 manat məbləğində (427,25 manat təmir və bərpa işlərinə çəkilən xərc, 20,99 manat isə itirilmiş qazın dəyəri) maddi zərər dəymişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi 18 dekabr 2024-cü il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə, qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi 29 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi ərazisində idarə etdiyi “GİNAF” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balansında və istismarında olan 76 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xəttindən ayrılan L=13 metr uzunluğunda olan 32 mm diametrlik qaz xəttini və həmin qaz xəttinin üzərində quraşdırılmış olan 01 ədəd G-4T markalı ******* nömrəli qaz sayğacını vuraraq istismara yararsız vəziyyətə salmışdır. Hadisə zamanı 45 dəqiqə müddət ərzində təbii qaz havaya axaraq sovrulmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nin BRQİD-nin Xəzər rayonu üzrə Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə İddiaçı İB-nin Qəza-Bərpa Xidmətinə, həmçinin, Azərbaycan Respublikası DİN-in 102 çağrı xidmətinə məlumat verilmişmişdir. Baş vermiş hadisə ilə bağlı İddiaçı İBnin əməkdaşları tərəfindən 29 aprel 2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmçinin, cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən müvafiq araşdırma aparılaraq Cavabdeh barəsində 06 may 2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol əsasında sonuncunun Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə ümumilikdə 448,24 manat məbləğində (427,25 manat təmir və bərpa işlərinə çəkilən xərc, 20,99 manat isə itirilmiş qazın dəyəri) maddi zərər dəymişdir. Nəticədə cavabdehin İddiaçınə 448,24 manat məbləğində borcu yaranmış, həmçinin, İddiaçı məhkəməyə müraciət edərkən 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçıə vurduğu maddi zərərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 448,24 manat məbləğində zərər və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 448,24 (dörd yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində zərər və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar