Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-66/2024 23.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 dekabr 2019-cu il tarixli, GY-2801 saylı kredit müqaviləsinə əsasən cəmi 4422,20 manat borcunbundan 4374,68 manat əsas, 47,48 manat faiz borcunun, 0,04 manat cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödədikləri 64,23 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədikləri 51 manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 (“ipoteka qoyana”) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126,5 kv.m yaşayış, 172,4 kv.m köməkçi, 298,9 kv.m ümumi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “AtaBank" Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanılmış 17 dekabr 2019-cu il tarixli, GY-2801 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 30 iyul 2014-cü il tarixli, GY-0396 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 1 (bir) il güzəşt müddəti tətbiq olunmaqla 5 (beş) il müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 4860 (dörd min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 avqust 2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışına əsasən Cavabdeh2 («ipoteka qoyana») xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətndə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.5 kv.m yaşayış, 172.4 kv.m köməkçi, 298.9 kv.m ümumi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh2 arasında 18 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra evin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 iyul 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4.4cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 31 iyul 2023-cü il tarixli, **********530 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 31 iyul 2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh2 25 iyul 2023-cü il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 4422,20 manat təşkil edir ki, bunun da 4374,68 manat əsas, 47,48 manat faiz və 0,04 manat cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi Ruslan İsmayılov məhkəməyə ərizə göndərib mülki iş üzrə məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini göstərib iştirakları olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 qeydiyyatda olduqları yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda yaşamamaları əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yerləri barədə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, bank ilə kredit müqaviləsi və ipoteka müqaviləsi bağlamışdır. Bank bağlandığından borcunu ödəyə bilməmiş, sonradan borcu birdəfəlik ödənilməsini tələb etsələr də maddi cəhətdən imkanı olmadığından ödəyə bilməmişdir, borcun əmək haqqından tutulmasını tələb etsə də iddiaçı tərəf buna razılıq verməmişdir. Odur ki, borcu qrafik üzrə, yəni hissə-hissə ödəməyə razıdır, qalan hissədə iddianı qəbul etmir. Məhkəmə, Cavabdeh2un izahatını dinləyərək, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan İddiaçı ASC-nin Göyçay filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, GY-2801 nömrəli kredit müqaviləsindən (güzəştli şərtlərlə kredit verilməsinə dair) görünür ki, bu müqaviləyə görə kredit verən kredit alana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən bankın Göyçay filialı ilə imzalanmış 31 iyul 2014-cü il tarixli, GY-0396 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə kredit alana kredit verən tərəfindən illik faiz dərəcəsi 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə (1 (bir) il güzəşt müddəti tətbiq edilməklə) verilən kredit başa düşülür. Bu müqavilə üzrə kredit alana 4860,00 manat məblğində güzəştli kredit verilir. İşdə olan İddiaçı ASC-nin Göyçay filialı (ipotekasaxlayan) ilə Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, bu müqavilə kredit alanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın bu müqavilənin 3-cü bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi kredit alan tərəfindən bu müqavilənin 2-ci bəndində müyyən olunanşərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1ci bəndi ilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edilr. İpotekanın predmeti, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, 28 avqust 2006-cı il tarixli, ******* nömrəli, **********39-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 (ipoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126,5 kv.m yaşayış, 172,4 kv.m köməkçi, 298,9 kv.m ümumi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evidir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin bazar qiyməti 50000 (əlli min) manat, likvid dəyəri isə 50000 (əlli min) manat məbləğində müəyyən edilir. İşdə olan Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 tərəfindən yazılmış ərizələrin surətindən (imzaların həqiqiliyi notariat qaydasında təsdiq edilmişdir) görünür ki, onlar Ucar şəhəri, X4 küçəsi, 28A-da yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin İddiaçı ASC-nin Göyçay filialı tərəfindən ipoteka saxlanmasına etirazları yoxdur, razıdırlar. İşdə olan MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, X5 küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126,5 kv.m yaşayış, 172,4 kv.m köməkçi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində 28 avqust 2006-cı ildə qeydiyyata alınmışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, X5 küçəsi, 28A ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində 04 oktyabr 2019-cu ildə ipotekanın əlavə qeydiyyatı növündə İddiaçı ASC-nin Göyçay filialının xeyrinə 60 ay müddətinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan 31 iyul 2023-cü il tarixli, **********555 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 17 dekabr 2019-cu il tarixli, GY-2801 krеdit müqaviləsi üzrə 25 iyul 2023-cü il tarixə borcu əsas borc üzrə 4374,68 manat, faiz borcu üzrə 47,48 manat, cərimə borcu üzrə 0,04 manat təşkil edir. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 31 iyul 2023-cü il tarixli bildiriş, həmin tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş, həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə 02 avqust 2023-cü il tarixli, **********586 nömrəli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 9/6156 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 17 dekabr 2019-cu il tarixli, GY-2801 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 iyul 2023-cü il tarixə olan əsas borcu 4376,36 manat və faiz borcu 46,19 manat müəyyən edilir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 17 dekabr 2019-cu il tarixli, GY-2801 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixə Cavabdeh2 cərimə borcu hesablanmadı. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 68000 manat və likvid qiyməti 60000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi, kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış, müqavilələrdə tərəflərin hüquq və vəzifələri müəyyən olunmuş, Cavabdeh2 öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, kredit müqavilələrinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə, tərəflər arasında ipoteka münasibətləri vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə hesab edir ki, borclu Cavabdeh2 öz öhdəliyini lazımınca və vaxtında icra etməmişdir, buna görə də tutma ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə yönəldilməli, eyni zamanda, ipoteka predmetinin ilkin satış qiyməti yuxarıda qeyd olunan rəy ilə müəyyən edildiyi kimi, yəni 60000 manat göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 51 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri də məhkəmə xərclərinə aid edilməli və Cavabdeh2 tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab, edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 17 dekabr 2019-cu il tarixli, GY- 2801 saylı kredit müqaviləsi üzrə ekspert rəyi nəzərə alınmaqla əsas borca görə 4376,36 manat, faiz borcuna görə 46,19 manat, cəmi 4422,55 manat, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 51 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasına görə 51 manat, cəmi 102 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126,5 kv.metr yaşayış, 172,4 kv.metr köməkçi, 298,9 kv.metr ümumi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evi boşaldılmalı, satışdan əldə edilən məbləğ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh2 qaytarılmalı, eyni zamanda, Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 (əlli) manat X2 hesabına (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) və 100 (bir yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, M/h:AZ03NABZ********************, kodu:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) xeyrinə tutulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə, iddiaçının ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması tələbini əsaslı hesab etmir. Belə ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununda məcburi icra tədbirləri nəzərdə tutulmuşdur və qeyd olunan məsələlər icra zamanı həll edilə bilər. Buna görə də iddia qalan, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Bundan əlavə, iddiaçının ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi tələbi də təmin edilməməlidir. Belə ki, cavabdehlərin əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq təhvil verilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur, belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə iddiaçıya təhvil verilməsinin baş tutacağı təqdirdə iddiaçıya məxsus olacaqdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 17 dekabr 2019-cu il tarixli, GY-2801 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4376 (dörd min üç yüz yetmiş altı) manat 36 (otuz altı) qəpik, faiz borcuna görə 46 (qırx altı) manat 19 (on doqquz) qəpik, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 51 (əlli bir) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasına görə 51 (əlli bir) manat, cəmi 4524 (dörd min beş yüz iyirmi dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126,5 kv.metr yaşayış, 172,4 kv.metr köməkçi, 298,9 kv.metr ümumi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılsın, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evi boşaldılsın. Satışdan əldə edilən məbləğ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 (əlli) manat X2 hesabına (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) və 100 (bir yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, M/h:AZ03NABZ********************, kodu:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-66/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-66/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver