Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-736/2025 21.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan bankın xeyrinə 300 manat əsas, 15 manat faiz, 181,50 manat cərimə, 43,50 manat xidmət haqqı olmaqla, cəmi 540 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "SF X2 Kredit Təşkilatı" MMC ilə cavabdeh arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 30 gün müddətinə yəni, 25 noyabr 2023-cü il tarixinədək, illik 60,85% ödəmək şərtilə 300 manat məbləğində mikro kredit verilmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında və lazımı qaydada icra etməmiş, nəticədə bank olmayan kredit təşkilatına sözügedən müqavilə üzrə cəmi 540 manat borcu yaranmışdır. Bundan əlavə, hüquqi şəxs "SF X2 Kredit Təşkilatı" MMC ilə "xxxx" ASC arasında bağlanmış 25 sentyabr 2024-cü il tarixli tələb hüququnun satılması müqaviləsinə əsasən "SF X2 Kredit Təşkilatı" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri "xxxx" ASC-yə ötürülmüşdür. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə Ucar RİH-nin başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh sözügedən ünvanda qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi hüquqi şəxs "SF X2 Kredit Təşkilatı" MMC ilə cavabdeh arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 30 gün müddətinə yəni, 25 noyabr 2023-cü il tarixinədək, illik 60,85% ödəmək şərtilə 300 manat məbləğində mikro kredit verilmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında və lazımı qaydada icra etməmiş, nəticədə bank olmayan kredit təşkilatına sözügedən müqavilə üzrə cəmi 540 manat borcu yaranmışdır. Bundan əlavə, hüquqi şəxs "SF X2 Kredit Təşkilatı" MMC ilə "xxxx" ASC arasında bağlanmış 25 sentyabr 2024-cü il tarixli tələb hüququnun satılması müqaviləsinə əsasən "SF X2 Kredit Təşkilatı" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri "xxxx" ASC-yə ötürülmüşdür. Bundan əlavə, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Qeyd olunan Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Məhkəmə qərarları › İş №e-2(063)-736/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-736/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver